Ağcabədi rayonunun Qaravəlli kəndinə ilk dəfə təbii qaz verilib. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

 “Azəriqaz” İstehsalat Birliyindən AZpress.AZ -a bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq noyabrın 8-də Dövlət Bayrağı günü ərəfəsində Ağcabədi rayonunun Qaravəlli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 732 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 22 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 33 min 737 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Fotolar Mais Aminindir AZpress.AZ

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )