Lənkəran Dövlət Dram Teatrı beynəlxalq festivala gedəcək + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Lənkəran Dövlət Dram Teatrının truppası beynəlxalq teatr festivalında iştirak edəcək. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalı İran İslam Respublikasının Həmədan şəhərində keçiriləcək və dekabrın 1-dən 6-a kimi davam edəcək. Teatr kollektivi gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri ilə festival tamaşaçıları qarşısında çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanmış bu səhnə əsərində keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.
Tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirlər.
Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )