Ağcabədi rayon Mərkəzi xəstəxanasında tədbir keçirilmişdir + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

AZpress.AZ xəbər verir ki, bu günlərdə Ağcabədi rayon Mərkəzi xəstəxana ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətiylə tədbir keçirilmişdir. Ağcabədi rayon Mərkəzi xəstəxanasında keçirilən tədbiri Mərkəzi xəstəxana ərazi ilk təşkilatının sədri Azad Hüseynov açdı. Azərbaycanının Dövlət Himni səsləndi. Ulu Öndər Heydər Əliyevin və dünyasını dəyişən YAP üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirdə Ağcabədi rayon Mərkəzi xəstəxanasının Baş həkimi Rəhbər Əzizov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Ağayeva, Uşaq poliklimikasının həkimi Aytən Nuriyeva, tibb bacısı Xəyalə Baxışova çıxış edərək siyasi həmfikirlərini bayram münasibətilə təbrik etdilər.Tədbirdə YAP Ağcabədi rayon təşkilatının Rövşən Əhmədov çıxış edərək, YAP-ın yaranması, inkişafı həmçinin ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə məlumat verdi.Tədbirdə YAP sıralarına daxil olan bir qrup gəncə vəsiqələr təqdim edildi, YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş videofilm nümayiş etdirildi.
Sonda YAP-a daxil olan bir qrup gəncə YAP-ın üzvlük biletləri təqdim olundu.
Tədbir YAP-ın 25 illiyinə həsr edilmiş videoçarxın nümayişi ilə başa çatdı.

 


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )