Dövlət Bayrağı Günü Musiqili Teatrda belə qeyd olundu.

 Azərbaycan Dövlət Musiqili Teatrında 9 Noyabr Dövlət Bayrağı Günü Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası ilə qeyd olunub. Tədbirə dəvət olunan Bakının 53, 12 və 157 saylı məktəblərinin şagirdləri ilə bu görüş uzun müddət həm yaradıcı kollektivin, həm də məktəblilərin yaddaşından silinməyəcək.
Tamaşanın nümayişindən əvvəl Dövlət Musiqili Teatrının əməkdaşı, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edib.T. Pənahqızının təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Bu gün çox əlamətdar bir gündür. Xüsusilə bizim teatrımız üçün ikiqat bayramdır. Bu gün biz sizlərlə birlikdə həm Dövlət Bayrağı Gününü qeyd edirik, həm də yeni tamaşamızın premyerasını keçiririk. Bir sənət ocağı üçün bundan əlamətdar hadisə ola bilməz. Arzu edək ki, üç rəngli bayrağımız dünya durduqca ən uca zirvələrdə dalğalansın. Bayrağımız, dövlətimiz var olduqca Azərbaycanımız var olacaq. Bizim hər birimiz çalışdığımız sahədə gördüyümüz işlərlə ölkəmizi dünyaya daha yaxından tanıtmalıyıq. Bu gün sizə təqdim ediləcək Mirzə Fətəli Axundzadənin “Hacı Qara” tamaşası bir sıra yeniliklərlə zəngindir. Yaradıcı heyəti gənclərdən ibarət bu yeni səhnə əsəri meydan üslubunda hazırlanıb. İnanıram ki, tamaşa xoşunuza gələcək, bayram ovqatınıza xüsusi rəng qatacaq”, - deyə T. Pənahqızı söyləyib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.
Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa ediblər.
Dövlət Bayrağı Günündə Musiqili Teatrın 108-ci mövsümünün növbəti premyerası kimi tarixə düşən Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )