Nazirliyin dəstəyi ilə “Əngəlli olmaq əngəl deyil” adlı tədbir keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Sabunçu rayonu Gənclər
evində "Əngəlli olmaq heçnəyə əngəl deyil!" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılan
tədbirdə bir sıra rəsmilər, idmançılar və müxtəlif təşkilatlardan qonaqlar
iştirak edib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən
Hüseynov gündəlik həyatımızda hər zaman əngəlli dostlarımıza dha
diqqətli yanaşmağımız lazım olduğundan bəhs edib. “Nazirlik tərərəfindən
əngəlli vətəndaşlarımızın qarşılaşdığı çətinliklərdə onlara kömək olmaq,
onlara rahat şəraitin təmin olunmasında dəstək göstərmək, kitab oxumaq,
gəzmək, ünsiyyət qura bilmələri üçün müxtəlif layihələr keçirilir.”
Sonra çıxış edən Sabunçu rayon Gənclər evinin direktor müavini
Orxan Daşdəmirli və ATGTİ-nin departament rəhbəri Hüseyn Babayev
əngəlli vətəndaşlar üçün hər zaman gənclər tərəfindən də müxtəlif
layihələrin keçirildiyi barədə ətraflı bəhs edib. Daha sonra çıxış edən
qonaqlardan Rəsul Çunayev, Nuranə Abıyeva, Çinarə Məlikzadə və Xumar
Səlimova öz fikirlərini gənclərlə bölüşdülər.
Tədbir zamanı ATGTİ-nin fəal üzvü, ittifaqın nəzdində fəaliyyət
göstərən İdman işçi qrupunun əməkdaşı Fidan Dəmirlinin əngəlli gənclər
haqqında hazırladığı videorolik təqdim edildi. Tədbirdə həmçinin, “İşarət Dili
– Nuranə Abıyeva” təlim mərkəzi tərəfindən qonaqların çıxışları əngəlli
gənclər üçün işarət dilinə tərcümə edildi. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )