Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi.

  “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında “Uşaq Hüquqları” adlı seminar keçirdi. Seminar “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-nin üzvü, hüquqşünas Esmira Tağıyeva tərəfindən təqdim edildi.
Dinləyicilərə əvvəllcə ümumi şəkildə hüququn anlayışını, ardınca uşaq hüquqları, həmin hüquqları tənzimləyən qanunvericiliklər, beynəlxalq aktlar nəzərə çatdırılmış, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi, BMT Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Konvensiyasının müddəaları aydın və ətraflı şəkildə təhlil edildi. Tədris ocaqlarında müəllim-şagird münasibətləri, onların qarşılıqlı hüquq və vəzifələri, həmin hüquq və vəzifələrin Azərbaycan milli dəyərlərini qoruyaraq, qanunvericiliyə uyğun həyata keçirilməsi izah olundu. Dinləyicilərlə qarşılıqlı şəkildə hal-hazırki dövrdə uşaqların öz hüquq və vəzifələrini necə bilməsi, onların tətbiq yolları, bunun üçün lazım olan şərait, bu sahədə dövrün aktual problemləri, problemlərin aradan qaldırılmasının həlli yolları müzakirə olundu. XIX əsrin əvvəllərindən başlayaraq bir sıra təşkilatlar artıq uşaq hüquqları ilə bağlı müəyyən hdəliklər götürmüş, uşaqların düzgün tərbiyə olunması üçün səfərbər olmuşşlar. XX əsrdə isə artıq bu sahədə qanunvericilik daha da təkmilləşmiş və nəticə də, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi (1923), BMT Uşaq Hüquqları Bəyannaməsi (1959) və Uşaq Hüquqları Konvensiyası (20 noyabr 1989) qəbul edilmişdir. Bundan sonra artıq uşaqların hüquqları beynəlxalq təşkilatlar tərəfindən qorunmağa başlanılmışdır.
Sonda uşaq hüquq və azadlıqları barədə şagirdlərə suallar verildi və onların bu mövzu ətrafında fikir mübadiləsi aparılması təlimçi tərəfindən diqqət çəkdi.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )