Göyçay rayonunda şəhidin adı verilən küçə baxımsız vəziyyətdə qalıb. + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

 Bu barədə şəhidin ailəsi müxbirimizə xəbər verib . O öz övladının adını daşıyan küçənin yollarının bərbad olmasıdan və uzun illərdir burada abadlaşdırma işlərinin aparılmamasından şikayətlənir. Ailə bu halın övladlarına olan diqqətsizlik kimi qəbul edirlər: "Küçədə işıq, qaz, su xətti var. Amma küçənin yollarının bərbad olaması burada yaşayanlara ciddi çətinliklər yaradır. Üstəlik biz bu çətinlikləri qışda daha çox görürük..." - Deyir, şəhid atası Tahir Nəcəfov.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Zakir Nəcəfov gördüyünüz bu küçədən yollanıb cəbhəyə. Elə bu küçəyə də geri dönüb üçrəngli dövlət bayrağına bürünmüş "taxta qutuda"... O torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə, cəbhənin Ağdam və Ağdərə rayonları istiqamətində vuruşub. Ağdamın Əəliağalı kəndinin müdafiəsində düşmən gülləsi onun qəhrəmanca can verməsinə səbəb olub. Zakir Tahir oğlu Nəcəfov doğulduğu Göyçay şəhərində torpağa tapşırılıb. O Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007 il tarixli, 2019 nömrəli sərəncamı ilə "Hərbi Xidmətlərə Görə" medalı ilə təltif edilib. Şəhidin adının əbədiləşdirilməsi üçün onun ailəsinin yaşadığı küçəyə şəhidin adını veriblər. Ancaq həmin küçə şəhərdə yerləşməsinə baxmayaraq yolsuzluq və abadlaşdırılma proqramlarından kənarda qalır.
Şəhidin atasının sözlərinə görə dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsələrdə həmin müraciətlərə məhəl qoyan olmayıb.
Şəhid Zakir Nəcəfovun Anası Şəhzadə xanımın dediklərinə görə onu əsasən küçədəki çətin şərait yox rəsmilərin şəhidə olan diqqətsizliyi narahat edir.
Bu da bir gözdağıdı bizə.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )