ADU-da fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib -

ADU-da fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib

 Noyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) SABAH qruplarında fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib.
Fransa səfirliyinin nəzdində fəaliyyət göstərən Fransa Mədəniyyət Mərkəzinin nümayəndəsi Leyla Əliyeva təmsil etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, mərkəzin səfirliklə birgə SABAH tələbələri üçün xüsusi dil kursları təklif etdiyini bildirib, kurslara qatılmaq qaydaları, qarşıda duran məqsədlər haqqında iştirakçılara ətraflı məlumat verib. Onun sözlərinə görə, kurslar Azərbaycan Fransız İnstitutunda keçirilir və bir sessiya adətən 3 ay davam edir. Mərkəzdə həmçinin böyük kitabxana fəaliyyət göstərir, beynəlxalq imtahanlar vermək üçün imkanlar mövcuddur.
Daha sonra Campus France Agentliyinin Azərbaycandakı nümayəndəsi Maureen Raab agentliyin fəaliyyəti, əsas vəzifə və məqsədlərindən söz açıb. Fransa və Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək istədiklərini qeyd edən M.Raab bu məqsədlə irəli sürdüyü “Avropa könüllülük xidməti” layihəsinin üstünlüklərindən bəhs edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )