Şəhid Nicat İsgəndərov haqda film çəkilib. - + FOTO (AZpress.AZ Maya Quliyeva, Qarabağ )

Şəhid Nicat İsgəndərov haqda film çəkilib. + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

 2016-cı ilin aprelində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqda sənədli film işıq üzü görüb. “Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır. Sənədli film Ağdam rayonunda yeni yaradılmış “T.Z Media” qrupu tərəfindən hazırlanıb. Layihənin rəhbəri jurnaslist Teymur Zahidoğlu, müəllifi, “Cümhuriyət” qəzetinin Qarabağ üzrə əməkdaşı Elgün Gəncimsoy, operatorları Ziya İsmayıloğlu, Səxavət Əsədov və Ziyəddin Tağızadə, montajçı isə Nuranə Vəliyevadır. Filmdə Azərbaycan Aşıq havalarından “Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin “Məmləkət məsələsi” mahnılarından istifadə olunub. Filmin informasiya dəstəyi Sahil TV internet televiziyasıdır.
Xatırladaq ki, Nicat Bəhruz oğlu İsgəndərov 4 avqust 1989-cu ildə Tərtər şəhərində anadan olub. 2016-cı ilin aprel ayının 2-də torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancaına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )