Daha iki erməni deputatı Bakıya gəlir.

 2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.

 

Virtualaz.org-un məlumatına görə, iclasa Ermənistandan olan nümayəndə heyəti də qatılacaq. Daha dəqiq desək, iclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcəklər.

 

Xatırladaq ki, bu, erməni deputatların Bakıya ilk gəlişi deyil. Belə ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da ötən ay Bakıda olmuşdular. Onlar Bakıda keçirilən "Avronest" Parlament Assambleyasının iclasında iştirak etmişdilər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )