Ağcabədidə YAP-ın 25 illiyi böyük təntənə ilə qeyd edilmişdir. - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə YAP-ın 25 illiyi böyük təntənə ilə qeyd edilmişdir. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

 Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi Ağcabədi rayonunda böyük təntənə ilə qeyd edilmişdir.
Tədbir iştirakçılarının bir qrupu Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq onun əziz xatirəsini yad etdilər.
Tədbir dəvət olunmuş 350 nəfər YAP fəalının iştirakı ilə “Qızıl Saray” şadlıq evində davam etdi.
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı.
YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası tərəfindən Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə hazırlanmış videofilm nümayiş etdirildi.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bütün siyasi həmfikirləri təbrik edərək qeyd etdi ki, bu günlər ölkəmizin hər yerində 700 mindən artıq siyasi həmfikri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi qeyd edilir. Bu əlamətdar gün təkcə partiyada deyil, doğma xalqımız tərəfindən, Vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə inanan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılanır. Doğma partiyamızın 25 illik yubileyi münasibəti ilə bütün YAP üzvlərini, 14 minə yaxın üzvü olan Ağcabədi rayon təşkilatı adından səmimi qəlbdən təbrik edir, sizlərə siyasi və şəxsi həyatınızda uğurlar arzulayıram.
Hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da qəbul olunan nüfuzlu siyasi partiyadır. Bu siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətini davam etdirərək, həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaqdır.
YAP yarandığı vaxtdan siyasi cəhətdən gündən-günə mətinləşən rayon təşkilatlarından biri də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatıdır. Rayon təşkilatı 1995-ci ilin yanvar ayının 15-də yaradılaraq 267 nəfər YAP üzvü ilə I Konfansını keçirmişdir. İndiyə kimi rayon təşkilatının doqquz konfransı keçirilmişdir. Sonuncu konfrans cari ilin iyun ayında keçirilmişdir. Hazırda partiyanın rayon təşkilatı 94 ilk təşkilatda 14006 nəfər partiya üzvünü özündə birləşdirir. Onlardan 5695 (40,6%) nəfəri gənclər, 6527 nəfəri (46,6%) isə qadınlardır. Təkcə 2017-ci-ci ildə YAP sıralarına rayonumuzda 1006 nəfər üzv qəbul edilmişdir ki, onların 695 nəfəri (69,1%) gənclər, 576 nəfəri (57,2%) isə qadınlardır.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək YAP-ın yaranması, siyasi mübarizələrdə mətinləşməsi, müstəqillik yollarında ölkənin ictimai həyatında oynadığı rol, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xəttin ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, ölkə iqtisadiyyatının güclənməsi, əhalinin maddi rifah halının yüksəlməsi, regionların inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi barədə öz fikirlərini bölüşdü, bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Tədbirdə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə keçirilən müsabiqə və yarış qaliblərinə Fəxri Fərmanlar və hədiyyələr, partiya işində səmərəli fəaliyyətinə görə YAP fəallarına Fəxri Fərmanlar, YAP sıralarına daxil olan bir qrup gəncə YAP vəsiqələri təqdim edildi.
Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək, tədbir iştirakçılarını təbrik etdi, siyasi fəaliyyətlərində onlara uğurlar arzuladı.
Tədbir Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən hazırlanmış bədii Proqramla davam etdi.

 


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )