Nərimanov rayonunda “Mənim yaşıl şəhərim” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.

 13 noyabr 2017-ci il tarixdə 202 saylı tam orta məktəbdə “Gənclərin Elmi Araşdırmaları Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Mənim yaşıl şəhərim” layihəsi çərçivəsində növbəti tədbiri təşkil etdi.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Teymur Mustafayev, 202 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.
Çıxış zamanı təlimçi Teymur Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, ətraf mühitin qorunması, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir. Qeyd edildi ki, insan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır və həyatımızda, fəaliyyətimizdə təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Hər birimiz daim canlı aləmin, ətraf mühitin qayğısına qalmalıyıq, çünki ətraf mühit dedikdə insan fəaliyyətindən asılı olmayaraq, onu əhatə edən canlı təbiətin toplusu başa düşülür. Yeniyetmə və gənclər qlobal ekoloji problemlər barədə mütəmadi olaraq məlumatlanmalı olduqları halda, onların çox hissəsi bu sahədə maariflənməyə biganə yanaşırlar. Bəzən də ekoloji problemlərin həllində üzərilərinə düşən vəzifələrin vacibliyini ciddi qarşılamırlar. Halbuki yaşadığımız mühitin hər bir sahəsində yeniyetmə və gənclərin rolu və müdaxiləsi mühüm rol oynamalıdır. Çünki onlar hər sahədə təbliğat işlərində vətəndaş cəmiyyətinin ən fəal nümayəndələridir.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdaəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, ətraf mühitin mühafizəsi ekoloji hüquq normalarında, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən prinsiplərə uyğun olaraq, ətraf mühitdə mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsi, qorunub saxlanmasıdır. Ölkəmiz zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün Respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilib. Hazırda Respublikamızda həllini gözləyən bir sıra ekoloji problemlər var: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantılar ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer qatına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapıb. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib.
Sonda qonaqlar tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )