“Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsi. -

“Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsi.

  “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsini həyata keçirir.
Samux rayon Heydər Əliyev Mərkəzində layihənin açılış mərasimi keçirilib. Tədbirdə Samux rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi Rasim İmamquliyev, Samux rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Qurbanov, Samux rayon Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Süleyman Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Samux rayon şöbəsinin nümayəndəsi Rüstəm Xudiyev və yeniyetmələr iştirak ediblər.
Tədbirdə layihə haqqında məlumat verilərək məqsədin gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılması olduğu bildirilib. Qeyd edilib ki, bu məqsədlə çövkən-at yarışları təşkil ediləcək.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )