“Azərbaycan muğamının şahzadəsi” Fransada konsert verəcək.

Məşhur muğam ustası Qoçaq Əsgərovun fransız caz ustası Pyer de Treqomenlə birgə “MUĞHAM SOULS” albomumu işıq üzü görüb. Bu münasibətlə Parisdə konsert proqramı təşkil ediləcək.
AZpress.AZ-ın məlumatına görə, konsert Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə 26 noyabr tarixində Parisin San-Jülyən-le-Povr kilsəsində baş tutacaq.
İtaliyada işıq üzü görən bu disk musiqi dünyasında əlamətdar hadisə olub. Albom caz musiqisi ilə YUNESKO-nun Qeyri maddi-mədəni irsi siyahısında yer almış, sufi ənənəsini özündə əks etdirən muğamın birgə uğurlu ifası ilə ərsəyə gəlib. Bu iki musiqi janrı bir-birinə linqvistik və emosional oxşarlıqlarla bağlıdır.
Qoçaq Əsgərov və Pyer de Treqomen muğamın və sərbəst, qeyri-kanonik üslubda ifa olunan melodik parçaların qərb melodiya çalarlari ilə uğurlu sintezini böyük ustalıqla başa gətiriblər.
Hər iki ifaçının kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, pianoda Vasif Hüseynzadə müşayiət edəcəklər.
Qeyd edək ki, konsertdən öncə, sözügedən albomun Azərbaycanda təqdimatı nəzərdə tutulub. Tədbir Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunacaq.
Xatırladaq ki, Q.Əsgərov "Shanghai World Music Festival-2014"də çıxışı zamanı onu “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )