Azərbaycanın "Eurovision-2018" mahnı müsabiqəsində təmsilçisinin adı açıqlanıb. -

Azərbaycanın "Eurovision-2018" mahnı müsabiqəsində təmsilçisinin adı açıqlanıb.

 İctimai televiziyanın rəsmi saytının yaydığı məlumata əsasən Azərbaycanı gələn il Eurovision müsabiqəsindı vokalçı Aysel Məmmədovadır.
İfaçının müəyyənləşdirilməsi məqsədilə noyabrın 8-də münsiflər heyətinin iclası keçirilib və Aysel Məmmədova ölkə təmsilçisi seçilib, saytda bildirilir.
28 yaşlı Aysel Məmmədova Bakıda musiqiçi ailəsində anadan olub. İlk musiqi təhsilini 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində alan Aysel 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Bir çox yerli festivallara qatılan ifaçı Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel Məmmədova pianoçu, vokalçı və bəstəkardır.

 

BBC Azərbaycanca

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )