Robert Sturuanın tamaşası Musiqili Teatrda.

 Dünya şöhrətli, məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq. 14 və 15 noyabr tarixlərində saat 19.00-daTerrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası azərbaycanlı sənətsevərlərə təqdim olunacaq. “Robert Sturua dünyada tanınan bir rejissordur. Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq bir haldır. Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl bir nümunəsidir. Ümumiyyətlə, bizim teatrla Robert Sturua arasında yaxşı əlaqələr mövcuddur. Musiqili Teatr hər zaman dünyanın öncül teatrları, incəsənət xadimləri ilə əməkdaşlıq etməyə çalışır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.
SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşasınıizləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət”mərkəzlərindən əldə edə bilərlər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )