«ELITE CITY» MMC sakinlər üçün növbəti təhlükə yaradır. -

«ELITE CITY» MMC sakinlər üçün növbəti təhlükə yaradır.

 Yasamal rayonunda Ə.Cəmil küçəsi 23,25,27, M.Şəhriyar küçəsi 5, Z.Xəlilov küçəsi 36a, 36b, 36v saylı binaların arasında, qapalı həyətdə keçmiş başçı İbrahim Mehdiyevin qanunsuz sərəncamıilə «ELITE CITY» MMC tərəfindən 16 mərtəbəli yaşayış binası tikilməsinə cəhdin daha bir fəsadı üzə çıxıb. Noyabrın 6-da həyətdə 7 binaya xidmət edən ehtiyat su anbarının dağıdılması və qazıntı işlərinə başlanması bina sakini R.Məhərrəmovun intihara cəhdindən sonra dayandırılsa da tikinti şirkətinin fəsadları davam edir. Belə ki, tikinti şirkətinin heç bir təhlükəsizlik normalarına riyaət etmədən qazıntılar nəticəsində Z.Xəlilov küsəçi 36a, 36b ünvanlı 9 mərtəbəli binaların zirzəmisinə mənbəyi məlum olmayan su dolub.
Bu gün səhər saatlarından «Azərsu» ASC-nin əməkdaşları binanın zirzəmisinə dolmuş suyu nasoslarla çəkib həyətdə kanalizasiya qurğusuna axıdırlar. Lakin binanın zirzəmisində su azalmır, əksinə getdikcə artır. Hazırda zirzəmidən bayıra vurulan su kanalizasiya borularına sığışmadığından həyəti su basıb. Bu da «ELITE CITY» MMC-nin qanunsuz bina tikintisinə cəhdin sakinlərin həyatını təhlükəyə salan növbəti fəsadı. Zirzəmisi su ilə dolan binaların qəzalı vəziyyətə salınması naşılığın, yoxsa düşünülmüş təxribatların nəticəsidir – bunu aidiyyatı orqanlar araşdırmalıdır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )