4 ilə iki diplom almaq imkanı

 Qərbi Kaspi Universiteti (Qərb Universiteti) Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar təqdim edir.
Belə ki, universitet Böyük Britaniyanın “Koventri” və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birlikdə ikili diplom layihələrini həyata keçirir.
Böyük Britaniyada 15 ən yaxşı universitet sırasında olan Koventri Universiteti dövlət ali təhsil müəssisəsidir. Saziş əsasında yaradılan proqramla tələbələr "İşgüzar inzibatçılıq” ixtisası üzrə 4 il ərzində 2 müxtəlif bakalavr dərəcəsi ala bilirlər.
İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə isə MBA proqramı çərçivəsində əməkdaşlıq edilir. Proqram çərçivəsində dərslər Qərbi Kaspi Universiteti və UBIS-in professor-müəllim heyəti tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin magistr diplomlarını əldə edirlər.
Onu da əlavə edək ki, Qərbi Kaspi Universitetinin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus mübadilə layihəsi çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilirlər.
Ümumiyyətlə, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )