“Karbon qazı Naxçıvan Muxtar Respublikasının təbii sərvətidir” mövzusunda konfrans keçirilib. -

“Karbon qazı Naxçıvan Muxtar Respublikasının təbii sərvətidir” mövzusunda konfrans keçirilib.

 AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu Nəqşicahan Holdinq şirkətlər qrupu Culfa rayon “Karbon Qazı Zavodu” MMCilə birgə “Karbon qazı Naxçıvan Muxtar Respublikasının təbii sərvətidir” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovmineral suların təbii muzeyi adlandırılan Naxçıvan Muxtar Respublikasında 250-dən artıq mineral su yatağının mövcud olduğunu diqqətə çatdırıb. O, ionların sirli birləşməsindən əmələ gələn və onlarla dərman preparatlarını əvəz edən şəfalı mineral sulardan içməli su təchizatında və təsərrüfatda, sənayedə və müalicəvi məqsədlər üçün geniş istifadə olunduğunubildirib. Alim məşhur “Badamlı”, “Sirab”, “Qahab”, “Vayxır”, “Nəhəcir”, “Əshabi-kəhf”, “Darıdağ termal suyu”, “Babasu” mineral su bulaqlarını buna misal göstərərək bildirib ki, bu sular içərisində “Darıdağ termal suyu” tərkibindəki karbon qazı, bor, dəmir, arsenin miqdarına və debitinə görə seçilir.
Konfransda institutun Hidrogeologiya və mineral sular laboratoriyasınınrəhbəri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova “Darı dağ arsenli mineral su haqqında”, Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Əhməd Qarayev “Karbon qazının sənaye üsulu ilə alınması metodları” və kimya elmləri doktoru Bayram Rzayev “Karbon qazının tətbiq sahələri” mövzusunda məruzələrlə çıxış ediblər.
Məlumat verilib ki,karbon qazının hər üç aqreqat halından-bərk halda “Quru buz” şəklində, qaz və maye halından xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə edilir. Bura qida məhsullarının və tibbdə bir sıra dərman preparatlarının saxlanması və daşınması, maşın mexanizmlərinin təmizlənməsi, süfrə suları və müalicəvi suların qazlaşdırılması, odsöndürmə işləri, kimyəvi xammal istehsalı və digərləri daxildir.
Qeyd olunub ki, vanna qəbulu şəklində Darıdağ suyu müxtəlif ürək-damar, oynaq, əsəb sistemi, dəri və bir çox xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Bu su Fransadakı Lya- Burbul, Polşadakı Kudovi, Saxalindəki Sineqorsk sularının analoqudur. Lakin tərkibindəki mineral duzların miqdarına görə Darıdağ suyu öz analoqlarından üstündür.
Tədbirin sonunda “Karbon Qazı Zavodu” MMC-nin direktoru Elman Seyidov alim və mütəxəssisləri zavodun iş prosesi ilə yaxından tanış edib. Qeyd edib ki, 1980-cı ildə Darıdağ termal su quyusundan 2650 metr boru xətti ilə gətirilən spontan karbon qazı əsasında maye karbon qazı istehsal edən sex inşa edilib. 2008-ci ilin dekabr ayından isə “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )