Azərbaycan multikulturalizmi ölkə daxilində və xaricində siyasi model kimi mövzusunda dəyirmi masa keçirilib -

“Azərbaycan multikulturalizmi ölkə daxilində və xaricində siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib

 Noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Multikulturalizm elmi-tədqiqat laboratoriyası(ETL) və RusiyaşünaslıqETL-in birgə təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Azərbaycan multikulturalizmi ölkə daxilində və xaricində siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən rektorun elm və təhsilməsələləri üzrə müşaviri Seyfəl Həsənov dəyirmi masanın əhəmiyyətli bir mövzuya həsr edildiyini xatırladaraq tələbələrə onlara faydalı ola biləcək bu tip tədbirlərdə aktiv iştirak etməyi tövsiyə edib. Tədbir iştirakçılarının müəyyən informasiyaya yiyələnmək imkanı əldə etdiyini qeyd edən S.Həsənov gələcəkdə tələbələrin də belə tədbirlər təşkil edəcəyinə əmin olduğunu vurğulayıb.
Universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələrinin iştirak etdiyi dəyirmi masada MultikulturalizmETL-in elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Azərbaycanın multikulturalizm modeli”, Rusiyaşünaslıq ETL-in müdiri, f.e.d., professor Məmməd Əliyev “Dinlərarası tolerantlıq”, Multikulturalizm ETL-in elmi işçisi, f.ü.f.d. Rəşad İlyasov “İslam həmrəyliyi və multikulturalizm”,Multikulturalizm ETL-in kiçik elmi işçisi Turan Kərimli isə “Heydər Əliyev Fondunun xarici layihələri” mövzularında məruzə ilə çıxış ediblər.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !