Gənc diplomatın böyük arzuları! - +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Gənc diplomatın böyük arzuları! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

İnsan dünyaya gələndə onun alın yazısı, böyüyüb kim olacağı qabaqcadan tanrı tərəfindən yazılır. İnsan heç vaxt sonradan rəssam ola bilməz. O, rəssam doğulur , rəssam kimi böyüyür. İnsan bütün ruhunu, qəlbini hopdurur rəsmlərinə. Sevindirici haldır ki, bu gün Azərbaycanda rəssamlığın inkişaf etdiyi dövrdə uşaq və yeniyetmələrimizin rəssamlığa marağı olduqca artmışdır. Belə balalarımızdandır Zeynəb Nəcəfzadə! Onun kiçik qəlbində necə böyük arzular, necə böyüklərə məxsus bir mərhəmət yuva salıbmış.Sərgini hansı səbəbdən keçirdiyini öyrənəndə isə bu istedad sahibinin dünyasının nə qədər dərin və nə qədər ali olduğunu göstərmək istədik hər kəsə.Sən demə, bu sərgi fiziki imkanları məhdud uşaqların sağlamlığına yardım məqsədi daşıyırmış. Zeynəb Nəcəfzadə öz əsərlərini satışa çıxarmaqla sən demə, Allah məqamında ən yüksək əmələ sahibmiş.
Azpress.Az informasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 17 noyabr 2017-ci il tarixində Azərbaycan İncəsənət Muzeyində gənc rəssam Zeynəb Nəcəfzadənin sərgisi keçirilmişdir. Sərgidə xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov çıxış edərək Zeynəbin rəsm dünyasından , özünəməxsus əsərlərindən danışmış, ona bu yolda uğurlar diləmişdir.
12 yaşlı gənc rəssam çıxış edərək sərgidə iştirak edənlərə minnətdarlığını bildirmiş, sərgilədiyi əsərlərin mövzu və ideya istiqamətlərindən, gələcək yaradıcılıq planlarından söhbət açmış sərgini keçirməyinin məqsədini açıqlamışdır.
Tədbirdə AR Milli Məclisinin şöbə müdiri Adilə Abbasova çıxış edərək , Zeynəbin yaradıcılığı haqqında xoş sözlər söyləmiş,onun parlaq gələcəyi olacağını inamlı şəkildə bildirmiş, Zeynəbin həqiqətən bir lider olduğunu vurğulamışdır . Gənc rəssamınAzərbaycanın gələcək diplomatı olmaq arzusunu alqışlamışdır.
Sərgidə Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rejepov Rejerbay iştirak etmiş, səfirlik adından fərdi sərgi iştirakçısını təbrik etmiş,Nəcəfzadənin tutduğu bu şərəfli amalı layiqincə davam etdirməyə dəstəkləmiş və uğurlar diləmişdir.
Tədbirdə çıxış edən Dədə Qorqud fondunun prezidenti Eldar İsmayılov gənc rəssamı “Dədə Qorqud” mükafatı ilə təltif etmişdir. Tədbirdə iştirak edən xalq rəssamı Arif Hüseynov, Abşeron Qallereyasının rəhbəriEldəniz İbrahimovöz çıxışlarında Azərbaycan uşaq təsviri sənətinin inkişafından danışmış və Zeynəbin uğurlarını qeyd etmişlər.
Əlbəttə ki Zeynəbin uğurları bu yaşında olduqca çoxdur:
1) Sertifikat. Ümmumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyiliyi İli”nə həsr olunmuş “Bir günəşin zərrəsiyik” mövzusunda II Beynəlxalq Şagird konfransında çıxış etdiyinə görə.
2) Fəxri Fərman. Vitraj nominasiyası üzrə. I yer (2016)
3) Diplom. “Tarixi şəxsiyyətlərimiz” layihəsi çərçivəsində 1-ci yer (2016)
4) Diplom. ”Rəsm” zərgərlik brendi dizayn I yer (2016)
5) Sertifkat. British Council Azerbaijan Shakespeare Carpet Competition (2016)
6) Diplom. İnformatika “The bour of code” 4 dəfə qalibi olmuşam (2015-2016)
7) Diplom. “Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə əlaqədar olaraq uşaqlar arasında maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində 1ci-yer (2015)
8) Diplom. “Kodlaşdırılmış informasiya” nominasiyası üzrə 2-ci yer (2015)
9) Diplom. AXA MBASK “Sığortalı gələcək” 1-yer (2015)
10) Diplom. “Milli bayraq” mövzusunda uşaq moda festivalı 1-ci yer (2015)
11) Diplom. “Almaniya bir rəssamın gözü ilə” (2015)
12) Diplom. “Toyota 2015” rəsm müsabiqəsi. I yer
13) Təşəkkürnamə. Ümümmilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi Dədə Qorqud” və H.Fridrix fon Dits-200 Beynəlxalq şagird konfransında rəsm müsabiqəsi. İngilis Azərbaycan dillərində çıxışı üçün (2015)
14) Diplom. III Beynəlxalq rəsm müsabiqəsi. “Saf rənglər” III yer (2015)
15) Fəxri diplom. “Bakı-2015” Birinci Avropa Oyunları. (2015)
16) Təşəkkürnamə. “Vətənin Pərvəri ol” Rəsm müsabiqəsi (2015)
17) Sertifikat. “Uşaqların Zorakılıqdan müdafiəsi” konfransı (2015)
18) Diplom. Bakı Avropa liseyinin “Gənc Eruditlər klubu”nun VI Elmi-Praktik konfransı (2015)
19) Diplom. İnformatikada beynəlxalq alqoritm “Bebras heftəsi” (2015)20) Fəxri Fərman. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. “Fövqəladə hallar uşaqların gözü ilə” (2014)
21) Təşəkkürnamə. “Azərbaycan İstiqlal muzeyi. 20 Yanvar rəsm müsabiqəsi”. (2014)
22) Diplom. “Azərbaycan Respublikası Milli Məclis. Uşaq hüquqlarını bilək və qoruyaq” (2014)
23) Diplom. “Подводные Фантазии 2014” Награждается медалью 2-место. XXV Международного фестиваля детского творчества. Ukrayna
24) Diplom. Победителю конкурса детского творчества “Земное и Небесное” (2014)
25) Diplom. “Urkunde klub kids” Rəsm müsabiqəsi. Türkiyə (2014)
26) Diplom. II Beynəlxalq rəsm müsabiqəsi. “Saf rənglər”. II yer (2014)
27) Diplom. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Yaradacılıq nailiyyətlərinə görə” (2014)
28) Sertifikat. 21 sentyabr – Beynəlxalq Sülh Günü Münasibətilə. Ombudsmanın təşəbbüsü ilə təşkil olunmuş “Mən sülh elçisiyəm” Rəsm musabiqəsi (2014)
29) Sertifikat. “Hollandiya Kralığının Ad günü münasibətilə” Rəsm müsabiqəsi. (2014)
30) Diplom. Bakı Avropa Liseyinin İctimai həyatinda fəal iştirakına görə (2014)
31) Fəxri Fərman. Təhsildə nailyyətlərinə görə ”Liseyin Ulduzu” Fərmanı ile təltif olunur (2014)
32) Diplom. “Tarix muzeyi uşaqların gözü ilə” (2013)
33) Diplom. Təhsil Nazirliyi. “Heydər Əliyev və müstəqil Azərbaycan” 90 illik yubleyi. (2013)
34) Təşəkkürnamə. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi. Xocalı 21-ci ildönümü münasibətilə rəsm müsabiqəsi (2013)
35) Diplom. “Bayraq-Qürur mənbəyimizdir” Rəsm müsabiqəsi (2013)
36) Diplom. VIII-Международный конкурс детского изобразительного Творчества “Духовные сокровища твой...”, “О,спорт-ты мир!”. Çexiya (2013)
37) Diplom. I Beynəlxalq rəsm müsabiqəsi. “Saf rənglər” (2013)
38) Diplom. Paşa Travel 10 illik Yubileyi. Video çarxda çəkiliş və rəsm müsabiqəsində fəal iştirakına görə (2013)
39) Diplom. “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş. “Vergi Uşaqların Gözü ilə” Rəsm müsabiqəsi. 2-ci yer (2013)
40) Diplom. Embassy of Turkmənistan in Azerbaijan Respublic. I yer (2012)
41) Diplom. “Dədə Qorqud uşaqların gözü ilə” (2012)
42) Diplom. “Heydər Əliyevin anadan olmasının 88 ildönümünə həsr olunmuş Gül bayramı” 1-ci yer (2011)və.s
Rəssamlıqla məşğul olan Zeynəb Nəcəfzadənin arzusu diplomat olub vətənini dünya dövlətləri arasında təmsil etməkdir. Ona bu şərəfli yolda uğurlar arzu edirik.


AZpress.AZ , Minə Türksoy.

 



 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !