ETSN tərəfindən həyata keçirilmiş tədbirləri əks etdirən stendlər Caspian Ecology 2017 sərgisində maraqla qarşılanır -

ETSN tərəfindən həyata keçirilmiş tədbirləri əks etdirən stendlər “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır

 “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii
sərvətlərdən səmərəli istifadə sahəsində görülmüş işlər nümayiş etdirilir.
Sərgidə ETSN tərəfindən ölkədə yaşıllıq ərazilərinin miqyasının artırılması,
meşə ilə örtülü sahələrin genişləndirilməsi, xüsusilə son ildə geniş miqyasda aparılan
aqromeşə massivlərinin salınması, müxtəlif cinslərdən ibarət meyvə tinglərinin
yetişdirilməsi, bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, ekoturizmin
inkişafı və milli parklarda nümunəvi xidmət infrastrukturunun yaradılması, su
ehtiyatlarının idarə olunması, müşahidə və monitorinq sisteminin modernləşdirilməsi,
təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə həyata keçirilmiş tədbirləri əks
etdirən stendlər ziyarətçilər tərəfindən maraqla qarşılanır.

 


Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə aşağıdakı stendləri nümayiş etdirir:

 


1. Meşə ilə örtülü ərazilərin artırılması;
2. Aqromeşə massivləri;
3. Əkin materiallarının yetişdirilməsi;
4. Bioloji müxtəlifliyin mühafizəsi;
5. Ekoturizmin inkişafı;
6. Yaşıllaşdırma layihələri;
7. Xəzər dənizi hövzəsinə buraxılmış qiymətli balıq növləri;
8. Ekoloji monitorinq sistemi;
9. Geoloji kəşfiyyat xidməti;
10. Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi;
11. Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması;
12. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi;
13. Geodeziya və kartoqrafiya;
14. Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilməsi.

 


Eyni zamanda sərgi salonunda ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf
mühitin mühafizəsi istiqamətində həyata keçirilmiş fəaliyyətləri əks etdirən fotoslaydlar,
videoçarxlar, həmçinin ölkənin müxtəlif ərazilərində, xüsusilə yüksək dağlıq ərazilərdə
fəaliyyət göstərən müşahidə sistemlərinin onlayn görüntüləri yayımlanır.
Ekoloji problemlərin həllində mühüm əhəmiyyət kəsb edən və maariflənmə
missiyasını yerinə yetirən “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit
sərgisi 16 noyabr 2017-ci il tarixinədək davam edəcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !