ADMİU tələbələrinin sərgisi keçirilib -

ADMİU tələbələrinin sərgisi keçirilib

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzrə “BİR” Tələbə-Könüllü koordinatorunun təşkilatçılığı ilə Universitetin Rəssamlıq və Kulturologiya fakültə tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib.
Sərgidə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək, bu təşəbbüsə görə tələbələri təbrik edib və onlara işlərində uğurlar arzulayıb. “BİR” Tələbə-Könüllü proqramının Ümumi işlər üzə koordinatoru Canoğlan İlyasov və Universitetin “BİR” Tələbə-Könüllü koordinatoru, SABAH qrupu II kurs tələbəsi Toğrul Qasımov öz növbəsində könüllülər ilə bağlı bu proqramın əhəmiyyətindən, təşkil olunan sərgidə könüllü tələbələrin fəallığından danışaraq gələcəkdə daha maraqlı layihələrlə çıxış edəcəklərini bildirib.
Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva, Universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi sərgidə müxtəlif mövzulu və texnikalı 40-dan çox iş nümayiş olunub.
Sonda tələbələr sərgidə fəal iştirakına görə sertifikat ilə təltif ediliblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !