“Keç yeraltı keçiddən uzaq ol təhlükədən” təlimlər davam edir. -

“Keç yeraltı keçiddən uzaq ol təhlükədən” təlimlər davam edir.

 “Ayna” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yol hərəkəti təhlükəsizliyi haqqında tədbirlərin keçirilməsi” layihəsinin icrasını davam etdirir.

 

Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində növbəti təlim keçirilib. Təlimdə yeniyetmə və gənclər, təlimçi-ekspert Aygün Həsənzadə, ekspert-hüquqşünas Rəhman Mehtiyev iştirak ediblər.

 

Təlimlər təcrübəli təlimçilər tərəfindən həyata keçirilib. Dinləyicilərə məlumat verilib ki, əslində piyadaların da hüquqları var və onlar bu hüquqları bilərək daha özünə inamlı ola bilərlər. Piyadaların üzərinə düşdüyü vəzifəni yerinə yetirmədiyi bir halda onların cərimələnməsi üçün maddələr var. Hüququmuz yoxdur deyən piyada öz hüququndan bixəbərdir. Yağışlı gündə hər hansı bir avtomobil sizi qəsdən, bilərək və istəyərək isladarsa polis bölməsinə şikayət edin. İnzibati protokol imzalanacaq və o sürücü cərimələnəcək. Bu və ya digər piyada hüquqları da hüquqşünas tərəfindən dinləyicilərə məlumatlar verilib.

 

Təlim zamanı gənclərə maarifləndirici buklet, mayka papaq paylanıb. Təlimdən sonra isə hər bir iştirakçıya diplom təqdim olunub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )