Sahibkarlar üçün əməyin mühafizəsi mövzusunda təlim-seminar keçirilir -

Sahibkarlar üçün əməyin mühafizəsi mövzusunda təlim-seminar keçirilir

 Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə
 Bakıda “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı 2 günlük təlim-
seminar işə başlayıb. 
Təlim-seminarın mövzusu əməyin mühafizəsi və təhlükəsiz əmək şəratinin
yaradılmasında işəgötürənlərin rolu və onların əmək müfəttişləri ilə bu sahədə
əməkdaşlığıdır. Təlimçi qismində BƏT-in Əməyin mühafizəsi sahəsində eksperti
Valentin Mokanu çıxış edir. Tədbirin məqsədi sahibkarlıq subyektlərinin əməyin
mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin
öyrənilməsidir.
Təlim-seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti bildirib ki,
tələlimin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və
bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir. Vüqar Zeynalov onu
da qeyd edib ki, bu sahəyə maraq çox böyükdür: "Hökumət əməyin mühafizəsi ilə
bağlı çox böyük işlər görür. Amma bu təlimlərə marağın böyük olması onu göstərir
ki, biz hələ də maarifləndirmə işlərini davam etdirməliyik".
Beynəlxalq Əmək Təşkilatının işəgötürənlərin fəaliyyəti üzrə baş
mütəxəssisi Vladimir Kuroviç isə bildirib ki, bir sıra ölkələrdə əmək
müfəttişliklərinin fəaliyyətinin qənaətbəxş deyil. "Özbəkistanda uşaq əməyinin
istifadəsi ilə bağlı problemlər yaranmışdı. BƏT bu ölkədə çalışmağa başladı.
Fəaliyyətin ilk vaxtlarında onlar bunu etiraf etmədilər, amma sonra həqiqəti qəbul
etdilər. Sonradan bu sahədə xeyli irəliləyişə nail olduq. BƏT beynəlxalq polis
deyil. Biz sadəcə insanların rifahına xidmət edəcək işlə məşğuluq".
Təlimçi qismində çıxış edən Beynəlxalq Əmək Təşkilatının Əməyin
mühafizəsi sahəsində eksperti Valentin Mokanu isə deyib ki, keçmiş SSRİ
ölkələrində əmək müfəttişliyi cəzaverici orqan kimi qəbul edilir: "Düşünürəm ki,
müasir əmək müfəttişliyi kimya sənayesi və ekologiya sahəsində də müəyyən
yoxlamalar aparmaq səlahiyyətinə sahib olmalıdırlar".
Qeyd edək ki, təlim-seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da iştirak
edirlər. 
Təlim zamanı iştirakçıları maraqlandıran sualları Dövlət Əmək Müfəttişliyi
Xidmətinin əməkdaşları, Beynəlxalq Əmək Təşkilatının və ASK-nın rəsmi şəxsləri
cavablandırıblar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )