“Respublika İnnovasiya Müsabiqəsi”-nin təqdimat mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında tədqiqatçıların və elmi ictimaiyyət nümayəndələrinin məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə elan edilmiş “İnnovasiya Müsabiqəsi” barəsində tədbir keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov dayanıqlı inkişafın təmin edilməsi istiqamətində Respublikada həyata keçirilmiş tədbirlər, dəstəkləyici proqramlar və qəbul edilmiş strateji sənədlər barədə geniş məlumat vermişdir. Eyni zamanda kiçik və orta sahibkarlığın dəstəklənməsi və bu istiqamətdə innovasiyalara investisiya qoyuluşlarının artırılmasının əsas strateji istiqamət olduğunu qeyd etmişdir. Məhz buna görə də innovasiya müsabiqəsinin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə elan edildiyini çıxış zamanı iştirakçıların diqqətinə çatdırıb.
Eyni zamanda, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, AMEA-nın Yüksək Texnologiyalar Parkının Biznes inkubator şöbəsinin müdiri Vüsal Süleymanlı innovasiyaların vacibliyi və innovativ fəaliyyətin əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış etmişdir.
Sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Nigar Hüseynova ASAN xidmətin layihəsi olan “İdea Bank” vasitəsilə layihələrin qəbulu barədə təqdimatla çıxış etmiş və “İdea Bankın” imkanları barədə geniş məlumat vermişdir.
Sonda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )