Tələbələrin kiçik və orta sahibkarlığa yönləndirilməsi iqtisadiyyata yeni nəfəs verə bilər

 Noyabrın 21-də Azərbaycan Texniki Universitetində (AzTU) “BOSSON” MMC-nin baş meneceri Nadir Kazımov universitetin III və IV kurs tələbələri ilə görüşüb.
Görüşdə AzTU-nun prorektoru İsa Xəlilov Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinə diqqət çəkərək bildirib ki, dinamik və dayanıqlı iqtisadiyyat yaratmaq üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi vacibdir. Prorektor vurğulayıb ki, Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il Fərmanı ilə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi təsdiq olunub: -“Bu sahənin inkişafı üçün təsdiq olunan Strateji Yol Xəritəsi milli iqtisadiyyatın diversifikasiyası, rəqabətliliyin artırılması, istehlak mallarına olan təlabatın yerli resurslar hesabına ödənilməsi, həmçinin, məşğulluğun və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Azərbaycanda sahibkarlıqla məşğul olmaq üçün əlverişli mühit yaradıldığını qeyd edən prorektor, tələbələri innovativ ideyalarını sahibkarlıq subyektinə çevirməyə çağırıb.
Daha sonra “BOSSON” MMC-nin baş meneceri Nadir Kazımov tələbələrə sahibkarlığın nə olduğu, uğurlu sahibkarlığın necə qurulması, riskin azaldılması, həmçinin manevr etmənin praktik metodları haqqında ətraflı məlumat verib.
Nadir Kazımov bildirib ki, sahibkarlıq fəaliyyəti də müəllimlik, həkimlik, məmurluq, aşpazlıq və s. kimi insanın məşğul olduğu fəaliyyət növlərindən biridir. Bildirilib ki, buna görə də bu sahədə uğur qazanmaq üçün sahibkar məşğul olduğu fəaliyyət növünü dərindən öyrənməlidir.
Görüşdə sual doğuran məqamlar ətrafında müzakirələr təşkil olunub.
Qeyd edək ki, görüşün keçirilməsində məqsəd tələbələrin, gənclərin sahibkarlıq sahəsində maarifləndirilməsi, bu sahəyə yeni ideyaların axınını təmin etməkdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )