Foto Məsləhətçi: - Fotoşəkil Çəkərkən Doğru Gözünüzü İstifadə Edirsinizmi?

Foto Məsləhətçi: Fotoşəkil Çəkərkən Doğru Gözünüzü İstifadə Edirsinizmi?

Bu necə bir sual deyə soruşa bilərsiniz. Ya da çoxunuz onsuz da bunun cavabını bilir. Yaxşı istifadə etdiyiniz DSLR kameranın gözlüyündən baxdığınızda hansı gözünüzü istifadə etməniz lazım olduğunu bilirsinizmi? Əslində cavabı olduqca sadə bir şəkildə güclü göz olaraq verə bilərik. Yaxşı güclü göz nədir və bunu necə təsbit edə bilərik?



Hamımızın bir gözü digərindən daha güclüdür ya da bir gözümüzü digərinə görə istifadə etməyi seçərik. Bu da o gözümüzü digərinə görə daha çox istifadə etdiyimizi və əslində güclü gözün olduğunu bizə söyləyər.



 

Gündəlik həyatımızda hər vaxt tək gözümüz baxış bucağımızı təyin edər. Ümumiyyətlə insanlar arasında əksəriyyətlə güclü gözlər sağ göz olaraq görünər. Sol göz buna görə daha gücsüzdür. Fotoşəkil çəkərkən doğru gözümüzü istifadə edib istifadə etmədiyimizi anlamaq üçün əlbəttə gözlərimizi döyüşdürməyəcəyik. Sadə bir testlə aşağıdakı kimi güclü gözümüzü təyin edə bilərik




Sizin Hansı Gözünüz Güclü: Sağ Gözünüzmü, Sol Gözünüzmü?



· Əlinizə A4 böyüklüyündə bir kağız alın.
· Ortasına bir dairə çəkib, dairəni kəsin.
· İki əlinizlə kağızı üfüqi olaraq tutun.
· İki gözünüz açıqkən kağızın ortasındakı dəlikdən, qarşıdakı bir cismə (məsələn elektrik düyməsi) baxın.
· Sol gözünüzü bağlayın. Cismi hələ görürsünüzmü? Cavabınız bəli isə sağ gözünüz güclü.
· Sağ gözünüzü bağlayın. Cismi hələ görürsünüzmü? Cavabınız bəli isə sol gözünüz güclü.



Əgər kağız istifadə etmək istəməsəniz sadə bir şəkildə iki əlinizi qarşıda tutub bir üçbucaq əmələ gətirərək də içindən baxa bilər və güclü gözünüzü təyin edə bilərsiniz.



 

Kameranızın gözlüyündən baxarkən işdə bu güclü gözümüzü istifadə edirik. Hətta bu güclü gözümüzü təbii olaraq bütün gözümüzü qısaraq etdiyimiz işlərdə istifadə edirik. (kamera, teleskop və s.)




Yaxşı siz bu testi tətbiq etdiyinizdə hansı gözünüz güclü gözünüz çıxdı? Test nəticələrini şərhlərinizdə ifadə edə bilərsiniz. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !