Afaq Məlikovanın 70 illik yubileyi ilə bağlı Rəqsə həsr olunan ömür adlı tədbir-konsert keçirilib. -

Afaq Məlikovanın 70 illik yubileyi ilə bağlı “Rəqsə həsr olunan ömür” adlı tədbir-konsert keçirilib.

Noyabrın 25-də Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsinin Fikrət Əmirov
adına 6 nömrəli İncəsənət Məktəbində xalq artisti, “Şöhrət” ordenli Azərbaycanın
tanınmış rəqs ifaçısı Afaq Məlikovanın 70 illik yubileyi ilə bağlı “Rəqsə həsr
olunan ömür” adlı tədbir-konsert keçirilib. Tədbirdə Afaq Məlikovanın fəaliyyətindən,
milli rəqs sənətimizin inkişafında göstərdiyi xidmətlərdən bəhs olunub.
Sonra Afaq Məkilovanın 70-illik yubileyi münasibətilə İctimai Televiziyanın
hazırladığı “Rəqs dünyam mənim” adlı film nümayiş olunub. Filmin ardınca
məktəbin “Odlar yurdu” rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər.
Ansamblın ifasında “Ağ çiçəyim” (musiqisi: Emin Sabitoğlu) , “Qavalla rəqs”
(musiqisi: Səid Rüstəmov), Fikrət Əmirovun “Gözün aydın” musiqili komediyasından
“Təntənəli rəqs”, “Qazaxı” xalq rəqsi , “Azərbaycan süitası” (musiqisi: Eldar
Mansurov) rəqsləri təqdim olunub.
Sonda məktəbin xoreoqrafiya şöbəsinin müdiri, bədii rəhbər və quruluşçu
xoreoqraf Məhəmməd Quliyev, şöbənin müəllimi, quruluşçu xoreoqraf Zülfiyyə
İbrahimova çıxış edərək Afaq Məlikova ilə bağlı xatirələrini bölüşüblər. Məktəbin
direktoru, bəstəkar, professor, əməkdar müəllim Adilə Yusifova Afaq xanımı yubiley
münasibətilə təbrik edib, ona can sağlığı arzulayıb. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !