Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış oldu. -

Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış oldu.

Noyabrın 28-də Yevlax şəhərində vətəndaşlarla görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış oldu.

 

İlk olaraq Yevlax şəhər Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti haqqında məlumat verildi. Mərkəzdə əhaliyə mədəni xidmətlərin göstərilməsi, milli adət-ənənələrin, musiqi mədəniyyətimizin təbliği istiqamətində görülən işlərdən bəhs olundu. Bildirildi ki, burada dərnəklər, kurslar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

 

Əbülfəs Qarayev daha sonra şəhərdəki Yaradıcılıq Mərkəzinin binasında fəaliyyət göstərən kukla teatrı ilə tanış oldu. Nazir teatra müvafiq səhnə avadanlıqlarının veriləcəyini bildirdi, onun gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini diqqətə çatdırdı. Teatr kollektivinin səhnələşdirdiyi tamaşadan parça nümayiş olundu.  

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !