Azərbaycanın «Best Model of The World’ 2017 təmsilçisi bəlli oldu. -

Azərbaycanın «Best Model of The World’ 2017 təmsilçisi bəlli oldu.

Model Elxan Huseyn ölkəmizi Parisdə «Best Model of The World’ 2017-də təmsil edəcək.

08-12 dekabr arasında Fransanın paytaxtı Paris şəhərində, baş tutacaq modellər arasında keçirilən dünyanın nüfuzlu model yarişmalarından hesab edilən 30-cu »Best Model of The World 2017»da ölkəmizi Elxan Hüseyn təmsil edəcək.

Bu haqda rəsmi məlumatı layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat verib. "Təmsilçilərimizi təbrik edirəm, çünki artıq «Best Model of Azerbaijan» 2017 titulu onlara aiddir. Biz dekabr ayının 8-də Parisdə, Azərbaycan komandası ilə birlikdə iştirak edəcəyik..«Best Model of The World» 2017 ya qatılan modellərimiz hal-hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşır. Hətta təmsilçilərimizin portfoliları ilə tanış olan müsabiqənin dünya üzrə prezidenti Erkan Özərman da yüksək qiymətləndirib. Təmsilçimizin boyu 193 sm, yaşı isə 20-dir. Yaxın günlərdə ölkəmizi təmsil edən xanım modeli də sizə təqdim edəcəm.

Elxan Hüseyn - 9 iyul 1997-ci ildə Masallı rayonunda anadan olub. Ali təhsillidir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakultəsində 4-cu kurs teləbəsidir. İlk model təhsilini High Life & Model Academy -də alıb.2014-cü ildən professional olaraq modelliklə məşğuldur. Bu sahədə bir çox diplom və sertifikatlarla təltif edilib. 2014 və 2016 tarixləri arasında keçirilən Azərbaycanın bütün moda həftələrində (Azerbaijan Fashion Week, Mersedes Benz Fashion Week Baku) çıxış edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !