Lənkəranda 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə günü qeyd olunub - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəranda 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə günü qeyd olunub + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyası ilə birgə 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə günü ilə bağlı maarifləndirmə həftəsi çərçivəsində Lənkəran Peşə Liseyində tədbir keçirib.
Tədbirdə Ombudsmanın Cəlilabad Regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının müdiri Rəmiəli İbişov, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının müdiri Vüqar Əliyev, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, Peşə Liseyinin müəllimləri və şagirdlər iştirak ediblər.
Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov tədbiri giriş sözü ilə açaraq HİV/AİDS-ə qarşı mübarizə mövzusunda keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
Daha sonra çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov 1dekabr-Ümumdünya QiÇS-lə mübarizə günü, bu günün qeyd olunmasının əsas məqsədi, 1988-ci ildə təsis edilmiş AİDS-lə mübarizə gününün dünya ölkələrinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran BMT sammitindən sonra təsis edildiyini, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əhalinin müxtəlif qruplarının, xüsusilə də uşaq və gənclər arasında sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reablitasiyası istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib. Ombudsman nümayəndəsi bu mövzunun daim Müvəkkilin diqqət mərkəzində olduğunu, AİDS və İnsan hüquqları, İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun mühüm müddəalarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq hazırlanmış “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” bu xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsinə, xəstələrin davamlı müalicəsi üçün antiretrovirus dərman preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laboratoriya xidmətinin müasir avadanlıqlarla və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəldilib. Natiq Tədbirlər Proqramının məqsədinin Azərbaycan Respublikasında İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınmasından, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasından, İİV infeksiyasının diaqnostikasının və müalicəsinin təkmilləşdirilməsindən, İİV-yə yoluxmaya yüksək riskli əhali qrupları arasında bu infeksiyanın profilaktikası məqsədi ilə zərərin azaldılmasından və digər profilaktik tədbirlərin həyata keçirilməsindən, İİV-lə yaşayan insanların zəruri qulluq və dəstək xidmətləri ilə təmin edilməsindən, habelə əhalinin İİV-lə mübarizə sahəsində maarifləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının müdiri Rəmiəli İbişov da çıxışında insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) səhiyyəyə məlum olma tarixi, onun ağır sosial-iqtisadi nəticələri, yoluxma və qorunma yolları, bununla bağlı ölkəmizdəki vəziyyət, görülən tədbirlər və digər mühüm müddəalar barədə geniş yer verib.
Tədbirdə çıxış edən Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının müdiri Vüqar Əliyev bildirib ki, hazırda dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla insan bu bəladan əziyyət çəkir. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Ölkəmizdə də narkomaniyanın qarşısının alınması istiqamətində mühüm addımlar atılır.
Böyük maraq kəsb edən tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )