Mirsamir Məmmədov: - "İranın XİN rəhbərinin ermənistanı sülhsevər adlandırması erməni vandalizminə haqq qazandırmaqdır"

Mirsamir Məmmədov: "İranın XİN rəhbərinin ermənistanı sülhsevər adlandırması erməni vandalizminə haqq qazandırmaqdır"

 Cavad Zərif, erməni vandalizmindən və vəhşiliklərindən sanki xəbərsizmiş kimi, "Ermənistan bölgədə sülh üçün çalışır" deməklə bütün beynəlxalq qanunların ziddinə danışmış oldu...

Bunu, İranın Xarici İşlər Naziri Cavad Zərifin Ermənistana səfəri zamanı erməni həmkarı ilə görüşdə səsləndirdiyi bəyanata cavab olaraq politoloq, siyasi ekspert Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki,
İranın Xarici İşlər Naziri Cavad Zərifin Yerevanda işğalçı və terrorçu, əli müsəlman qanına bulaşmış və müsəlman qanına susamış ermənistanın şəninə "ermənistan bölgədə sülh üçün çalışır" deyərək sülhsevər ölkə və dövlət olaraq təqdim etməsi bütün İslam və müsəlman dünyasına qarşı, bütün insanlığa və insanlıq anlayışlarına qarşı, bütün beynəlxalq hüquq nornalarına və qayda-qanunlarına qarşı, Azərbaycan-İran münasibətlərinə qarşı və ən əsası Azərbaycan xalqına və dövlətinə qarşı çox dəhşətli bir xəyanət etmiş oldu. İran İslam Respublilası bununla öz çirkin siyasətini bir daha sərgiləmiş və öz həqiqi mövqeyini, bilavasitə isə elə həm də ölkəmizə və xalqımıza qarşı düşmənçiliyini nümayiş etdirmiş oldu.
M. Məmmədov qeyd edib ki, Cavad Zərifin Ermənistandakı çıxışı və bəyanatı heçbir hüquq normalarına sığmır və İran tərəfi heçcürə bu səslənən bəyanata səbəb və açıqlama gətirə bilməz. Zərifin bəyanatı arqumentsiz bir iddiadır və ermənistanın Azərbaycana qarşı həyata keçirtdiyi işğalçılıq siyasətini, 25 ildən artıq davam edən erməni təcavüzünü və vandalizmini xalqımıza qarşı həyata keçirtdiyi soyqırım və faciələri görməzliyə vuraraq, iğalçı və terrorçu ölkəni sülhsevər adlandırmaq, şəninə təriflər söyləmək birmənalı olaraq ermənipərəstliyin göstəricisidir. Təbiiki, buradan "Düşmənimin dostu da düşmənimdir və düşmənimin dostu dostum ola bilməz!" anlayışı da ortaya çıxır! İran dövləti bu təxribat xarakterli hərəkəti ilə bağışlanmaz səhvə yol verib. Azərbaycan Dövlətinin daim sülh və əmin-amanlıq yaratmaq cəhdlərini görməzliyə vuraraq, qiymətləndirməyərək işğalçı və cinayətkar ölkə haqqında "Ermənistan bölgədə sülh üçün çalışır!" demək cinayətkarla ortaq olmaqdır. Ermənistan isə ümumbəşəri cinayətlərə imza atmış, Azərbaycan xalqına qarşı Xocalıda soyqırım həyata keçirtmiş, Xocalını yerlə-yeksan edərək dünya xəritəsindən silmiş, Qarabağda xalqımıza qarşı olmazın müsibətlərini və məşəqqətlərini yaşatmış ümumbəşəri hərbi cinayətkarlardan ibarət bir rejimdir. Hazırki ermənistan rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və mühakimə olunmalı olduğu halda, qonşumuz İran İslam Respublilası tərəfindən mədh edilir, təriflənir və açıq-aşkar dəstəklənir. İslam adına çıxış edən bir ölkənin rəsmisinin bu qədər iyrənc dolu ifadələri dəhşət doğurur. Bunun tək adı, İranın ermənistanla olan hələ qədim tarixi bağlara söykənən qardaşlığıdır və bu hal İranın işğalçı ölkə ilə eyni mövqedə olmasının və ermənistanın Azərbaycan ərazilərinə qarşı davam edən hərbi təcavüzünə haqq qazandırmağın açıq göstəricisidir.
Mirsamir Məmmədov bildirib ki, ən azından İranın XİN rəhbəri Cavad Zərif Yerevanda çıxış edərkən BMT Təhlükəsizlik Şurasının ermənistana qarşı qəbul etdiyi 4 ardıcıl qətnaməni, BMT-nin ermənistanı işğalçı ölkə olaraq tanımasını, ermənistanın 20 faiz Azərbaycan torpaqlarını işğal etməsini təsdiqləyərək işğal aktıyla heçbir şəkildə barışılmaması və işğalçı ölkənin zorakı şəkildə istila etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən 4 qətnamənin olduğunu bilməli və çıxışını buna uyğun qurmalıydı. Cavad Zərif hər hansı savadsız bir din nümayəndəsi deyil, bir ölkənin xarici siyasətini müəyyənləşdirən və bilavasitə aparan, diplomatdır. BMT-nin işğalçı adlandırdığı ölkənin ünvanına təriflər və sülsevər dəyə mədhiyyə oxuması, İran XİN rəhbərinin diplomatik savadsızlığından qaynaqlanır. Cavad Zərifin ermənistanda səsləndirdiyi bəyanat ən azından bir ölkənin ciddi bir rəsmi şəxsinə qətiyyən yaraşmayan ifadələriydi, deyə politoloq bildirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !