ƏSA Teatrında ilin premyerası – - Adamlar və siçanlar

ƏSA Teatrında ilin premyerası – Adamlar və siçanlar

Əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk və yeganə teatrı olan inklüziv ƏSA Teatrı çoxdandır gözlənilən “Adamlar və siçanlar” tamaşasının premyerasını həyata keçirəcək.
Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, Amerikalı yazıçı John Steinbeck’in “Adamlar və siçanlar” povesti əsasında hazırlanan eyniadlı tamaşanın premyerası 19 dekabr saat 19:00-da Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində baş tutacaq.
Əsər öz mövzsuna görə, oxucuları daima təsirdə saxlayır. Daha çox bəşəri problemlərdən, dostluqdan və sevgidən bəhs edən əsərin səhnələşdirilməsi, oxucuların və ƏSA Teatrını sevənlərin ürəyincə olacaqdır.
“Adamlar və siçanlar” tamaşasının quruluşçu rejissoru, teatrın bədii rəhbəri Nihad Qulamzadədir.
Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Səmayə Ağayarova, Riad Sultanov, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev və Patti Smith canlandıracaq.
Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olacaq.
Biletlərin qiyməti 10, 15, 20, 30, 50 azn təşkil edir. Tezliklə biletlər satışda olacaq.
Qeyd edək ki, “Adamlar və siçanlar” tamaşasının rəsmi dəstəkçisi ABŞ-ın ölkəmizdəki səfirliyidir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !