ADMİU-nun əməkdaşı Gürcüstanda keçirilən Azərbaycan Fotoqrafiyası günləri nin iştirakçısı olub. -

ADMİU-nun əməkdaşı Gürcüstanda keçirilən “Azərbaycan Fotoqrafiyası günləri”nin iştirakçısı olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, Rəssamlıq fakültəsinin müəllimi Arzu Mürvətova Gürcüstan Fotoqrafları Assosiasiyası tərəfindən təşkil olunan “Azərbaycan Fotoqrafiyası günləri”ndə iştirak edib. Gürcüstan Milli Parlament Kitabxanasında baş tutan sərgidə Azərbaycan və Gürcüstan fotoqraflarının 120-dən çox fotoları nümayiş olunub.
Tədbirdə Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu və Gürcüstan Fotoqrafları Assosiasiyasının sədri Kaxa Pxakadze iki dövlət arasında fotoqrafiya sənəti vasitəsi ilə yaranan dostluq əlaqələrindən danışıb, sərgi haqqında məlumat veriblər.
Sərgidə klassik fotoqraflar ilə yanaşı müasir peşəkar və həvəskar 31 Azərbaycanlı fotoqraf - Oleq Litvin, Hacı Akif Ağayev, Kamal Babayev, Fərid Əşrəfoğlu, Albert Mustafayev, Asim Talıb, Rauf Umudov, Arzu Mürvətova , Dilavər Nəcəfov, Ayxan Əhmədov, İlkin Səlifov, Könül Süleymanova, Nadejda Cavad və digərləri yer alıb. Fotoqraflar tərəfindən müxtəlif mövzularda təqdim olunan əsərlər sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.
Sonda AFB-nin sədri Mirnaib Həsənoğlu APG kitabxanasına IV İslam Həmrəylik Oyunlarının katoloqunu hədiyyə edib və sərgi iştirakçıları sertifikat ilə təltif olunublar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !