Xalq artisti Cəfər Namiq Kamal ADGTT-nın aktyorları ilə bir səhnəni bölüşəcək -

Xalq artisti Cəfər Namiq Kamal ADGTT-nın aktyorları ilə bir səhnəni bölüşəcək

Dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanmış "Qonaqlıq" musiqili komediyası nümayiş olunacaq. Əsas rolu Xalq artisti Cəfər Namiq Kamalın ifa etdiyi komediyada ADGTT-nın aktrisaları Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova da çıxış edəcəklər.
Qeyd edək ki, uzun illər öncə bu janrlı tamaşalar hazırlanardı və kiçik yumoristik səhnələrdən, parçalardan hazırlanmış belə tamaşalar həmişə tamaşaçı marağına səbəb olardı. Xeyli fasilədən sonra bu tipli tamaşalara ehtiyac yarandığını hiss edən yaradıcı heyət 1 saat yarım davam edən komediyada ailə-məişət mövzusuna, sosial və ailə daxili problemlərə həsr olunmuş müxtəlif səhnəciklər və monoloqlarla tamaşaçılara gülüş ziyafəti verəcəklər. Duzlu-məzəli yumoristik səhnəciklərlə dolu gecədən tamaşaçıların razı qalacaqlarına əminik. Müasir dövrdə estrada tamaşaları, yumor axşamları insanları teatra daha çox cəlb edir. Tamaşaçı bəzən ağır, düşündürücü, fəlsəfi, tarixi mövzulu əsərlərlə yanaşı, əyləncəli tamaşaları da görmək istəyir. Elə bu səbəbdən də ötən illərə qayıdış, nostalji hisslər yaşamaq istəyənləri dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət edirik.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !