ADU-da Heydər Əliyevin dövlət strategiyası mövzusunda tədbir keçirilib -

ADU-da “Heydər Əliyevin dövlət strategiyası” mövzusunda tədbir keçirilib

Dekabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Heydər Əliyevin dövlət strategiyası” mövzusunda dəyirmi masa keçirilib.
Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov rəhbərlik etdiyi kafedranın mütəmadi olaraq rəngarəng mövzulara həsr edilən tədbirlər təşkil etdiyini vurğulayıb. O, dəyirmi masanın “Heydər Əliyevin dövlət strategiyası” mövzusuna həsr edildiyini bildirərək ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, xalq, dövlət qarşısındakı xidmətləri, mühüm əhəmiyyət kəsb edən strateji manevrlər və onun fəaliyyətində başlıca yer tutan azərbaycançılıq ideologiyasından bəhs edib.
Daha sonra Qafqazşünaslıq kafedrasının dosentləriŞəlalə Bağırova “Heydər Əliyev və Azərbaycançılıq”, Qorxmaz Mustafayev “Siyasətdə Heydər Əliyev qətiyyəti”, həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov isə “Heydər Əliyevin neft strategiyası” mövzularında çıxış ediblər. Bildirilib ki, XX əsrdə xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli dövlət quruculuğu, milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının irəli sürülməsi istiqamətində mühüm addımlar atıb, ölkəmizin maraqlarına xidmət edən qətiyyətli siyasi fəaliyyət göstərib, düzgün seçilmiş neft strategiyası sayəsində Azərbaycanın böyük neft gəlirlərinə malik olmasını təmin edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !