Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası hazırlanır.

Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası hazırlanır.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, son məşqləri gedən
iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid
Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz
Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

 

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov,
quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi
tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

 

Səhnə əsərində xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc), əməkdar
artist Sabir Məmmədov (Nizami), aktyorlar Rövşən Kərimduxt
(Hüsaməddin), Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov
(Fəxrəddin), əməkdar artist Kazım Abdullayev (Toğrul), aktrisalar
Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur
Qədirov (Qutluğ), əməkdar artistlər Mirzə Ağabəyli və Elxan Quliyev
(Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), əməkdar artistlər
Məzahir Cəlilov (Qazı) və Əlvida Cəfərov (Saray əyanı) iştirak
edirlər.

 

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə
olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd
ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu
nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir,
ondan Qutluğ adlı oğlu olur.

 

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov
“Qılınc və qələm” əsərini tamaşaya qoyulub. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )