Ağcabədi rayonunun Kəbirli kəndində tibb məntəqəsi inşa ediləcək. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Ağcabədi rayonunun Kəbirli kəndində tibb məntəqəsi inşa ediləcək.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 7-də Ağcabədi Rayon İcra Hakimiyyətində “Ağcabədi rayonunun Kəbirli kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Bildirib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində səhiyyə, sosial müdafiə, yoxsulluğun azaldılması, gəlirlərin yüksəldilməsi, infrastrukturla bağlı ümumi dəyəri 19 milyon 41 min 635 ABŞ dolları olan 223 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda 6 layihə həyata keçirib və bu, artıq 7-ci layihədir.
Diqqətə çatdırılıb ki, səhiyyə sahəsi ilə bağlı olan layihənin başlıca məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Layihə çərçivəsində Kəbirli kəndində yeni tibb məntəqəsi inşa ediləcək və Ağcabədi Rayon Mərkəzi Xəstəxanası tərəfindən avadanlıqlara təchiz olunacaq. Tibb məntəqəsindən Kəbirli və ətraf kəndlərdə yaşayan yeddi min sakin istifadə edəcək. Layihənin ümumi dəyəri 90 min 901 ABŞ dollarıdır.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.
Sonra səfir Teruyuki Katori və “İnkişaf-2016” Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Füzuli Abıyev layihə üzrə qrant müqaviləsini imzalayıblar. Tikiləcək yeni tibb məntəqəsi stomatoloji kabinet, vaksinasiya, ginekoloji, ilk tibbi xidmət və həkim otaqlarından ibarət olacaq.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )