ADU-da Rusiyaşünaslıq Mərkəzi açılıb. - +FOTO

ADU-da Rusiyaşünaslıq Mərkəzi açılıb. +FOTO

Dekabrın 8-də Azərbaycan Dillər Universiteti (ADU) və Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla və A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun rektoru, professor Marqarita Rusetskaya tərəfindən imzalanıb.İmzalanmadan sonra ADU-nun nəzdində Rusiyaşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.
Sazişdə əməkdaşlıq çərçivəsində rus dilinin tədrisi, test üsulu ilə imtahanların keçirilməsi, kadr hazırlığı və təsnifatının artırılmasında İnstitutun təcrübəsindən, həmçinin distant təhsil resurslarındanyararlanmaq, rus dilinin tədrisi və test üsulu ilə sertifikatlaşdırılmış imtahan sahəsində həyata keçirilən layihə və proqramlara təşkilati, metodiki və texniki, həmçinin “Rus dilində təhsil” portalı vasitəsi ilə dəstəyin göstərilməsi, rus dili, Rusiya mədəniyyəti və ədəbiyyatı, eyni zamanda ADU-nun nəzdində fəaliyyət göstərən Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının bazasında milli dil bacarıqlarının yoxlanılması üzrə olimpiadalar, yaradıcı müsabiqələrin təşkili, təhsil turizmi üzrə proqramların reallaşdırılması nəzərdə tutulub.
Rektor K.Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib. K. Abdulla bildirib ki, bu mərkəz iki ali təhsil müəssisəsi arasında layihələrin həyata keçirilməsi, əlaqələrin gücləndirilməsi baxımından vacib platforma olacaq. O, həmçinin imzalanan saziş çərçivəsində bir çox faydalı və səmərəli işlərin görüləcəyini vurğulayıb.
A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun Beynəlxalq əlaqələr üzrə prorektoru Viktoriya Kosteva öncə İnstitutun rektoru M.Rusetskayanın son anda müəyyən səbəblərdən tədbirdə iştirak edə bilməməsindən dolayı təəssüf hisslərini bildirib. O, rektorun K.Abdullaya ünvanladığı məktubu iştirakçıların diqqətinə çatdırıb. Məktubda rektor M.Rusetskaya K.Abdullanı Rusiya Federasiyasının ali dövlət mükafatı olan Puşkin medalı ilə təltif olunması münasibəti ilə təbrik edib. Məktubda qeyd edilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının, həmçinin Rusiya mədəniyyətinin tanıdılması istiqamətində rektor K.Abdullanın əvəzedilməz rolu,o cümlədən onun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəki genişmiqyaslı fəaliyyəti yüksək qiymətləndirilir. Rektor M.Rusetskaya məktubda həmçinin vurğulayıb ki, K.Abdullanın Rusiyada və digər xarici ölkələrdə roman, pyes, şeir, esse və məqalələrinə böyük məmnuniyyətlə müraciət olunur. Rektor M.Rusetskaya məktubunu K.Abdullaya elm, təhsil və ictimai fəaliyyətində, ədəbi yaradıcılığında nailiyyətlər arzuları ilə bitirib.
Daha sonra V.Kosteva rektor K.Abdullaya İnstitutun yaranmasının 50 illik yubileyi münasibəti ilə təhsil müəssisəsinin markasını hədiyyə edib.
Prorektor V.Kosteva İnstitutun yaranması, tədris prosesi, tələbə heyəti, Linqvistika mərkəzinin rəhbəri Oleq Rodçenko isə sertifikatlaşdırılmış test üsulu ilə aparılan imtahanlar haqqında məlumat veriblər.
Daha sonra Milli Məclisin deputatı Elmira Axundova, Rus icmasının rəhbəri Mixail Zabelin, Bakı-Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr öz fikirlərini bölüşüblər.
Daha sonra ADU-nun nəzdində fəaliyyət göstərən Rusiyaşünaslıq Mərkəzinin rəsmi açılış mərasimi keçirilib və qırmızı lent kəsilib.
Həmin gün İnstitutun Linqvistika Mərkəzinin rəhbəri Oleq Rodçenko ADU-nun rus dili üzrə mütəxəssislərinə “Rus dilində aktual proseslər” mövzusunda mühazirə deyib. O, mühazirəsində rus dilinin fonetikası, qrammatikası, leksika və semantikası, həmçinin müxtəlif səviyyələrdə prosesin aktivliyi haqqında ətraflı məlumat verib.
ADU-nun tələbələri imzalanmış saziş çərçivəsində sertifikatlaşdırılmış test üsulü ilə oxuma, yazma, dinləmə, leksik və qrammatik bacarıqların yoxlanması istiqamətində imtahan veriblər. İmtahan 4 saat müddətində davam edib. İmtahanın sonunda tələbələrə sertifikatlar verilib.
Daha sonra ADU-da ölkənin KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun rəsmiləriKİV nümayəndələrinə təmsil etdikləri qurum haqqında məlumat veriblər.Qonaqlar universitetlər arasında imzalanan sazişin təhsil sahəsinə töhfələri, gələcək perspektivlər, Rusiyaşünaslıq istiqamətində nəzərdə tutulan planlar, Rusiyada Azərbaycan dilinin tədrisi və digər istiqamətdə verilən sualları cavablandırıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !