Lənkəranda turizm bələdçiliyi üzrə gənclər üçün maarifləndirici tədbir keçirilmişdir. - +FOTO

Lənkəranda turizm bələdçiliyi üzrə gənclər üçün maarifləndirici tədbir keçirilmişdir. +FOTO

"İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Turizm sənayesinin inkişafı istiqamətində gənclərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 08-09-10 Dekabr 2017-ci il tarixində Lənkəran rayonunda “Turizm bələdçiliyi” üzrə 3 günlük tədbir həyata keçirtmişdir. Tədbirin 2 günü təlim formatında, 1 gün isə Astara və Lənkəran rayonunun tarixi abidələri və gəzməli görməli yerlərinə təcrübə turu təşkil edilərək yekunlaşdı.
Tədbirdə ölkə üzrə 18 rayonu təmsil edən 24 nəfər turizm sahəsində çalışan, gələcək fəaliyyətini turizm sahəsində qurmaq istəyən gənclər, turizm bələdçiliyi üzrə müstəqil təlimçi Südabə Babazadə və başqaları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan "İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Vamiq Babayev açılış nitqində layihənin donoru və təşkilat haqqında, layihə, onun məqsədləri, Dövlətin gənclər siyasəti və turizmin inkişafında ölkədə gənclərin mövqeyi və bu sahədə yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırdı.
Layihə üzrə təlimçi Südabə Babazadə tərəfindən turizm sənayesi, turizm zonası, turist yarmarkası, turizm məhsulu, turizm anlayışı və səyahət haqqında, Azərbaycanın tarixi abidələri, milli parkları, təbiət qoruqları, turist və bələdçi fərdiyyyəti, bələdçi-turist münasibətləri, ekskursiyanın təşkili qaydaları, turizm sənayesinin aparıcı qüvvələri, Azərbyacanda turizm zonalarının qiymətləndirilməsi və digər istiqamətlərdə məlumatlar qeyd olunmuş, mövzu ətrafında fikir mübadilələri aparılmış, bir sıra interraktiv qrup məşğələləri təşkil olunmuşdur. Tədbirin sonuncu günü 10 dekabr tarixində Astarada Kijəbə qəsəbəsindəki çay plantasiyası, Ərçivan kəndindəki qədim hamam (1806-cı il), Ləm (1906-cı il), Yanar bulaq, Astara da yeni yaradılmış bulvar ərazisi, Lənkəran şəhərində Dairəvi qala (1747-ci il), Xan evi-Lənkəran Tarix Diyarşünaslıq muzeyi (1913-cü il), Heydər Əliyev xatirə parkına təcrübə turu təşkil edilərək, məlumatlar verilmişdir. Tədbirin yekununda bütün iştirakçılara layihədə fəali iştiraklarını təsdiq edən sertifikatlar verilmişdir.
Layihənin həyata keçirilməsində məqsəd turizm sahəsində gənclərin bilik və bacarıqlarını artırmaqla bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsinə nail olmaq, onların məşğulluğunu təmin etmək, ölkəmizin turizm potensialını layiqli şəkildə təqdim etmək, eləcə də bu sahədə gənclər arasında sahibkarlığın ikişafına dəstək olmaqdır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !