Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd edilib - + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd edilib + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov alimin həyat və yaradıcılığı haqqında danışıb. O bildirib ki, E.Cavadova yaradıcılığının əsas hissəsini Azərbaycan mətbuatının banisi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr edib.

Sonra Esmira Cavadovaya Azərbaycan Mətbuat Şurasının diplomu təqdim olunub.

“Kaspi” qəzetinin təsisçisi, Əməkdar Jurnalist Sona Vəliyeva Esmira Cavadovanın Həsən bəy Zərdabi haqqında tədqiqatlarının əhəmiyyətini qeyd edib. Bildirib ki, son dövrlərdə milli mətbuatımızın banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin həyat və yaradıcılığına dair bir sıra dəyərli elmi, elmi-publisistik, bədii əsərlər yazılıb. Onların arasında Esmira Cavadovanın işləri xüsusi qeyd edilməlidir. O, uzun illərdir ki, Həsən bəy Zərdabi irsinin tədqiqi ilə məşğuldur. Həsən bəy Zərdabinin Bakı Dumasındakı çıxışlarını toplayıb çap etmək xüsusilə də qadın tədqiqatçı üçün çox böyük bir işdir.

Sona Vəliyeva Esmira Cavadovaya “Kaspi” qəzetinin diplomunu təqdim edib.

Tədbirdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digərləri çıxış edərək yubilyarın yaradıcılığından söz açıb, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salıblar. Bildirilib ki, Esmira Cavadovanın “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası görkəmli mütəfəkkirin yaradıcılığına həsr edilən və etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. O, Həsən bəy Zərdabi haqqında silsilə məqalələrin və “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”, “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti” kimi kitabların müəllifidir.

 

***

 

AZpress.AZ saytı xəbər verir ki, dekabrın 13-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

 

Kütləvi informasiya vasitələrinin rəhbərlərinin, elm xadimlərinin, tanınmış ziyalıların iştirak etdikləri toplantıda yubilyarın həyat və yaradıcılığından söz açılıb, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salınıbdır.

 

Qeyd edək ki, Esmira Yusuf qızı Cavadova 29 dekabr 1942-ci ildə Şəkidə anadan olub. 1960-1965-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-nun) təhsil alıb. “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” (1842-1907) mövzusunda namizədlik dissertasiyası işləyib, tarix elmləri namizədi elmi dərəcəsi alıb. Bu tədqiqat H.B.Zərdabinin yaradıcılığına həsr olunan etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. Tədqiqat işi “Sətirlərdə döyünən ürək” adı ilə çapa gedib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !