Regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi - (+FOTO)

Regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi (+FOTO)

Dekabrın 15-də Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində nazir Əbülfəs Qarayevin iştirakı ilə regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş geniş tərkibli müşavirə keçirilib. Müşavirədə nazirliyin struktur bölmələrinin rəhbərləri və regional mədəniyyət və turizm idarələrinin rəisləri iştirak edib.

 

Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli regional idarələrin fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi ilə çıxış edib. Yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, müasir tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə həyata keçirilən tədbirlərdən bəhs olunub.

 

Nazir Əbülfəs Qarayev müşavirədə çıxış edərək mədəniyyət və turizm sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilir, respublikamıza gələn turistlərin sayı getdikcə artır: “Yeni yaradılan regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir”.

 

Nazir regionlarda mədəniyyət və turizm xidmətlərinin müasir tələblər səviyyəsində qurulmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, regionlarda mədəni xidmətlərin səviyyəsinin artırılması, konsertlərin təşkili, kino nümayişinin genişləndirilməsi vacibdir. Bunun üçün regionlarda çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunacaq, əməkdaşların müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndiriləcək. Bu istiqamətdə ortaya çıxan çətinliklərin həll edilməsi, müvafiq sənədləşmə işlərinin düzgün həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır.

 

Regionlarda turizm sənayesinin inkişafı istiqamətində atılan addımların davam etdiriləcəyini deyən Əbülfəs Qarayev qış turizm mövsümünə hazırlıq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı tədbirlərin təşkili üzrə görüləcək işləri diqqətə çatdırıb.

 

Nazir idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmağı tələb edib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )