Müzəffəri Həqiqi Çingiz : - " eh sizi budyonnı kimi doğrayardım."

Müzəffəri Həqiqi Çingiz : " eh sizi budyonnı kimi doğrayardım."

 60-cı illərdə Sumqayıtın ən ünlü məktəblərindən birində oxuyurdum.SSRİ dövrünün ən beynəlmiləlçi dövrünü yaşayırdıq.Rus dilini ikinci ana dilimiz sayırdıq."Kimin arvadı rusdu, onun ishi dürüstdü" deyimi dıbdıydi.4-5-ci sinifdə Roman qriqoryeviç adlı bir müharibə veteranı bizə əmək dərsi deyirdi. Məktəbin bütün tədbirlərində toy "toqlusu kimi" həmişə başda oturdardılar onu.Daim içkili olurdu.Mektebin rehberliyi ile danishanda chox yaltaqliq ederdi.Biznen danişanda yasa batardı, çox sərt danişardı, yüksək qiyməti "3" idi.Uzun illər burada yaşasa da dilimizdə bir söz belə deməzdi.Dərsi də rusca keçərdi.Tez-tez elektrik mişarıyla taxta kəsdiyi üçün üstü- başından toz əskik olmurdu. Bir gün şalvarını dizinəcən endirib, tozunu çırpa- çırpa, qanlı-qanlı üzümüzə baxaraq: "ех рубить бы вас как буденный" dedi.(" eh sizi budyonnı kimi doğrayardım."
Bu günədək bu hadisəni xatirlayanda, öz- özümdən soruşuram:"Axı niyə ?."