Lənkəran teatrında uşaqlar üçün Yeni il münasibətilə hazırlanmış tamaşanın premyerası olub - +FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrında uşaqlar üçün Yeni il münasibətilə hazırlanmış tamaşanın premyerası olub +FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Dekabrın 17-də Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanmış yeni tamaşanın premyerası olub. Gənc rejissor Emil Əsgərovun müəllifi olduğu və quruluş verdiyi bir hissəli “Şaxta baba və Pərilər” musiqili-nəğməli nağıl-tamaşada Yeni ilin daxil olmasını intizarla gözləyən Pərilərin başına gələn keşməkeşli hadisələrdən söhbət açılır. Meşənin dərinliklərində yaşayan bəd niyyətli qarılarla baş verən mübarizənin sonunda Pərilər qalib gələrək Şaxta baba ilə Qar qızın səhnəyə gələrək tamaşaçılar qarşısına çıxmasına nail olurlar.
Rejissorun fikrincə, səhnə əsərində cərəyan edən hadisələr əyləncəli muzikl məzmunda təqdim olunsa da, burada əsas mahiyyət azyaşlı tamaşaçılarda xeyirxahlıq, doğruluq, təbiətə sevgi və qayğı hislərini təlqin etməkdən, onları pis əməllərdən çəkindirməkdən ibarətdir.
Maraqla baxılan tamaşanın səhnə tərtibatı rəssam Tərlan Sadıqovun, musiqi tərtibatı Fərahim Fərəcovundur.
Rolları əməkdar artist Zemfira Nəcəfova, artistlərdən Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Emin Fərzullayev, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Günel Abbaszadə, Aysel Cahangirova və Ülkər Quliyeva ifa edirlər.
Teatrın baş inzibatçısı Namiq Ağayevin sözlərinə görə, yeni tamaşa məktəblilərin qış tətili günlərində oynanılacaq.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )