Xaçmazlı gənclər Arifə bir işarə üçün biraraya gəldi. - (+FOTO)

Xaçmazlı gənclər “Arifə bir işarə” üçün biraraya gəldi. (+FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Xaçmaz rayon Gənclər və İdman İdarəsi və Xaçmaz rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə icra edilən yarışda Xaçmaz rayonunda yaşayan və təhsil alan yeniyetmə və gənclər iştirak edib.
Rəsmi açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində imzalanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına dəstək vermək məqsədilə icra edilir. Natiq eyni zamanda 2011-ci ildən fəaliyyətə başlayan Azəbaycan Gənclər Fondunun gənclərə və gənclər təşkilatlarına göstərdiyi dəstəkdən danışıb, fondun qrant proqramları barədə məlumat verib.
Tədbirdə iştirak edən Xaçmaz rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elman Məmmədov, Xaçmaz rayon Təhsil Şöbəsinin əməkdaşı İmran Müseyibov bu kimi layihə və tədbilərin gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda 8 komanda tərkibində birləşən 48 nəfər mübarizə aparıb.
Yarışın yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşki etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Yanvar ayına qədər davam edəcək layihə çərçivəsində Xızı, Siyəzən, Şabran və Qusar rayonlarında tədbirlə başa çatıb, yaxın günlərdə Quba rayonunda da intellektual oyunlar keçiriləcəkdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !