Gənç vokal ifaçısının daha bir uğuru -

Gənç vokal ifaçısının daha bir uğuru

Azərbaycan vokal ifaçılıq məktəbi daima öz parlaq gənclərini yetişdirir, onların inkişafında mühüm rol oynayır. Bu gənclərin musiqi mədəniyyətimizdə müstəsna rollarını sadalarkən sözsüz ki, görkəmli şəxsiyyətlərdən qazandıqları elmi bilikləri xüsusilə vurğulamaq lazımdır.
Daima gənclər üzərində çalışan, onların professional vokal ifaçısı və peşəkar səhnə mədəniyyətinin inkişafında mühüm xidmətləri ilə seçilən dosent Sevda Məmmədovanın yetişdirdiyi daha bir gəncin uğurlarına nəzər salacayıq.
Bu məktəbin layiqli davamçılarından olan, hər zaman öz professional çıxışları və özünə məxsus yenilikləri ilə yaddaşlarda qalan gənc vokal ifaçısı Taleh Yahyayevin uğurlarına nəzər saldıqda onun bir gənc olaraq etdiyi böyük nailiyyətlər hər zaman diqqət mərkəzindədir.
Onun ilk öncə öz ifasında dünya musiqisinin ən çətin musiqi repertuarlarına müraciət etməsi və peşəkarcasına öhdəsindən gəlməsini görə bilərik.
Taleh Yahyayev Gəncə şəhərində anadan olub. O, 2008-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini, 2012-ci ildə Gəncə Dövlət Universitetinin “Musiqi təhsili”, 2015-ci ildə isə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və Opera hazırlığı” kafedrasında vokal təhsili almış, dosent Sevda Məmmədovanın sinfini bitirmişdir. İfaçı SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Fidan və Xuraman Qasımovalardan, Vittoria Lucia (İtaliya), Tom Kraus (Finlandiya), Yelena Obratsova və L.Stuçevskaya (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan) və digər pedaqoqlardan ustadlıq dərslərini almışdır. Bir çox xarici ölkələrdə (Almaniya, Macarıstan, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Rusiya, Çexia, Qazaxıstan) -da keçirilən festivallarda, müsabiqələrdə, tanınmış dirijorlarla birgə çıxış etmişdir. 2 qızıl medal və xüsusi mükafatlar qazanmış ifaçı 2015-ci ildə Afinada “Carlos Almaran” adına keçirilən Beynəlxalq müsabiqənin “Qran pri” mükafatçısıdır. Bir sıra Beynəlxalq müsabiqələr laureatı, “Ü.Hacıbəyli”, “Mstislav Rostropoviç”, “Qəbələ”, “İpək yolu”, digər beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır.
Həmçinin, bu il keçirilən Şövkət Məmmədova, Tofiq Quliyev və Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş musiqi gecəsində yaxından iştirakı ilə seçilmişdir.
2016-ci ildən isə Azərbaycan Dövlət Opera və Balet teatrının ən gənc solistdir. Əldə etdiyi nailiyyətlərə görə 2016- cı ildə Heydər Əliyev fondunun “Gənclər mükafatı” nın “Ən gənc opera ifaçısı” xüsusi adına layiq görülüb. İfaçı 2016-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının, Dövlət filarmoniyasının və Azərbaycan Televiziyasının solistidir.
Taleh Yahyayev daima müxtəlif şəhərlərdə verdiyi yüksək səviyyəli konsertlərdə Azərbaycanın adını dəfələrlə zirvələrə qaldırması ifaçının parlaq səsə malik olduğundan xəbər verir.
İfaçının repertuarına nəzər salsaq onun (Ü.Hacıbəyli “Koroğlu”, Leyli və Məcnun”, “Əsli və Kərəm”, F. Əmirov “Sevil”, Z.Hacıbəyov “Aşıq Qərib”, R. Mustafayev “Vaqif”, C.Cahangirov “Xanəndənin taleyi, G.Puççini “Manon Lesko", P.Maskanin “Kənd namusu”) və digər operalarda təqdirəlayiq səviyyədə çıxışını görə bilərik.
Bununla yanaşı ifaçı Azərbaycan respublikasının xalq artisti, professor, bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin Azərbaycanda ilk ifaçısıdır.
Daima uğurları ilə seçilən gənc vokal ifaçısının növbəti uğuru 13 oktaybr 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Opera və balet teatrın səhnəsində tamaşaya qoyulmuş Müslüm Maqomayevin “Şah İsmayıl” operasında çıxış etməsi oldu.
Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin yaradıcılığının zirvəsində dayanan “Şah İsmayıl” operasında Aslan şah rolunun gənc vokal ifaçısı tərəfindən səsləndirilməsi sözsüz ki, təqdirəlayiqdir.
Tamaşaçıların qarşısında ilk dəfə ən gənc Aslan şah rolunu canlandırmaq əlbəttə ki, ifaçının uğurlarının siyahısına daxil olmuş ən böyük nailiyyətlərdən biridir.
Bütün məzmununu ifası ilə tamaşaçılara çatdırması, əsərin emosinal təsir gücünü öz peşəkar çıxışı ilə aşılaması, səhnədə apardığı rolun tamaşaçıya olduğu kimi çatdırması ifaçının səs imkanlarının yüksək səviyyədə olmasından və professionallığından xəbər verir.
Vokal imkanlarını məqsədəuyğun istifadə edən gənc vokal ifaçısının daima rol aldığı operalarda gənc ifaçı olması dinləyicilər tərəfindən maraqla qarşılanır.
Əməkdar İncəsənət xadimi Sevil Hacıyevanın dirijorluğu ilə səhnəyə qoyulan tamaşada (Baş rejisor: Əməkdar İncəsənət xadimi Hafiz Quliyev, Truppa müdiri: Əməkdar mədəniyyət işçisi Tamara Eyvazova) Təyyar Bayramov, Səma Sultanova və digər həmkarları ilə paylaşdığı “Şah İsmayıl” operasının tamaşası hər zaman olduğu kimi özündə cəmləşdirdiyi peşəkar ifaçıların çıxışı ilə uğurla sona çatmışdır.
Daima gənclərə, peşəkar musiqiçilərə açdığı parlaq yollara görə Azərbaycan Dövlət Akademik Opera və balet teatrın direktoru Əməkdar incəsənət xadimi Akif Məlikov və rəhbərliyinə təşəkkür edirik.

 

Musiqişünas Əhmədova Minacət

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )