Ayaz Mirzəyev - Nyu Yorkdakı 5-ci “avenue” haqqında qeydlər

Varlı amerikalıların Nyu Yorkdakı əsas məkanı 5-ci “avenue” . Bu küçədə hansı şirkətlərin ofisi yoxdur ki ?! Amma ən diqqət çəkən əlbəttə məhz Son aylar müşahidə etdiyimiz Rusya-ABŞ qalmaqalının yarandığı məkan, Trump Tower-dir. Amerika prezidenti indinin özündə də xanımı və oğlu ilə birlikdə öz adını daşıyan bu məkana gəlir, hətta bir müddət burada qalırlar. Məhz ona görə bu binada təhlükəsizlik ən yüksək həddədir. Prezidentin mühafizə xidmət və xüsusi təyinatlılar. Bu binada təhlükəsizlik tədbirləri də sizə deyim az pul aparmır. Son məlumatlara görə ABŞ-ın 2018-ci il üçün büdcə layihəsində bu məqsədlə 25 milyon dollar nəzərdə tutulub. Hətta ABŞ Müdafiə Nazirliyi belə Donald Trampın ailəsinin yaşadığı Nyu-Yorkdakı "Trump Tower" qülləsində məkan icarəyə götürmək niyyətindədir. Bu bina həm də onunla məşhurdur ki, Trampın komandasının bəzi üzvləri məhz bu oteldə Rusiya səfiri və təmsilçiləri ilə görüşüblər. Iddia olunur ki, atasının seçki kampaniyası zamanı oğul Trump, eləcə də onun iki yoldaşı rusiyalı vəkil Nataliya Veseltinskaya ilə 2016-cı ilin iyununda məhz bu otelində görüşüblər. Bu görüşdə Trump-ın kürəkəni Jared Kushner və onun seçki kampaniyasının ovaxtkı sədri Paul Manafort da iştirak ediblər. Bu, Trump-ın yaxın çevrəsinə daxil olanlarla Rusiya vətəndaşının təsdiqini tapmış ilk görüş olub. Moskva və Tramp komandası iddiaları rədd etsə də hazırda ABŞ-ın xüsusi prokuroru və Konqres komitələri Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini və Moskvanın Trump kampaniyası ilə mümkün işbirliyini araşdırır.Bununla yanaşı ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn də məhz bu oteldə Rusiya səfiri ilə görüşmüşdü. Və bu görüş onun cəmi bir ay vəzifədə qalması ilə nəticələndi... Burada maraqlı və sirli sayıla biləcək hadisələr də vaxtilə lentə alınıb. Misal üçün seçki kompaniyası zamanı Trampın otelin eskalatorundan düşərkən çəkilən fotodur ki, illər əvvəl eyni səhnə amerikalıların sevimli cizgi filmi “Simpsonlar”-da göstərilmişdi. Və bu hadise ağıllarda hələ də öz cavabını tapmayan suallar buraxdı. Necə ola bilər ki, az qala bütün detallarına qədər oxşar olan hal illər əvvəl bir cizgi filmində yer alsın. Və nəhayət binanın içərisi barəsində. Burada bir neçə mağaza , restoran və Trampın adını daşıyan bar da var. Binanın birinci mərtəbəsi isə biz də daha çox maraq doğurdu. Kiçik kofe satılan yer və onun ətrafında əsl yaşıllıq, ağaclar və quşlar ! Bir sözlə binanın ən alt mərtəbəsi canlı təbiətin öhdəsine verilmişdi ... Bizim isə hövsələmiz çatmadı , Trampı gözləmədən bu maraqlı məkanı tərk elədik :-))) #trump #donaldtrump #republican #trumptower #president #usa #lepirchi #eurasiadiary #iepf 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )