İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının ikinci iclası keçirildi - (+FOTO)

İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının ikinci iclası keçirildi (+FOTO)

22 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının növbəti iclası baş tutdu. Mədəniyyət və turizm naziri və İSESKO üzrə Milli Komissiyanın sədri Əbülfəs Qarayevin rəhbərliyi, İSESKO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, İSESKO üzrə Milli Komissiyanın və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda İSESKO-Azərbaycan münasibətləri, İSESKO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti, 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş tədbirlər və görülmüş işlər, eyni zamanda Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən bu istiqamətdə görülən işlər müzakirə olundu.

 

Açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri və İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Əbülfəs Qarayev son iki ildə ölkəmizin uğurları, İslam dünyası ilə əməkdaşlıq, ölkə başçısı tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlər, xüsusilə İslam Həmrəyliyi Oyunları, 2017-ci ildə Bakı şəhərində keçirilmiş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, onun çərçivəsində həyata keçirilmiş layihə və tədbirlər, növbəti il “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd ediləcəyini, İSESKO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırdı və 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edilməsi barədə məlumat verdi.

 

İSESKO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri İSESKO-Azərbaycan əməkdaşlığı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini xüsusilə qeyd etdi.

 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planı və bu istiqamətdə görülmüş işlər haqqında məlumat verdi.

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Milli Komissiyanın üzvü Vasim Məmmədəliyev çıxışında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasının əhəmiyyətini vurğulayaraq, qeyd etdi ki, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə malik olmalıdır. Naxçıvan şəhəri öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verir.

 

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO üzrə Milli Komissiyanın baş katibi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamı ilə yaradılmış İSESKO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti, 2017-ci il İslam həmrəyliyi ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müvafiq tədbirlər, Naxçıvan şəhərinin 2018-ci il üçün islam mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar görülmüş işlər haqqında məlumat verdi. Daha sonra Vasif Eyvazzadə Azərbaycan Milli Komissiyasının saytını tədbir iştirakçılarına təqdim etdi. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !