Milli Net 2017 qaliblərinin yekun təqdimat mərasimi keçirilib. -

Milli Net 2017 qaliblərinin yekun təqdimat mərasimi keçirilib.

20 dekabr tarixdə Boulevard Hoteldə Milli İnternet Mükafatı - Milli Net 2017 qaliblərinin yekun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində artıq 9-cı il keçirilən Milli Net 2017 müsabiqəsinin cari il üçün qalibləri elan olunub. Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, Milli Net 2017-da 18 Nominasiya üzrə 392 internet resurs təqdim olunduğunu və onlardan yalnız 291 saytın yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23 nəfərlik münsiflər heyətindən 19-nun səsvermədə iştirak etdiyini bildirib. Münsiflər Heyəti 2-ci səsvermə prosesində 96 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib. Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə, Baş sponsor Azertelecom, Sponsorlar Lenovo, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi, Yello və PreMark şirkətlərinə minnətdarlığını bildirib. O, 3 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasiminin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov çıxış edərək Azərbaycan internetinin, İKT-nin inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı ilə bağlı atılan addımların NRYTN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb. Tahir Məmmədov son zamanlarda bu sahədə əldə olunan uğurlara diqqət yönəldib və yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində NRYTN tərəfindən daha ciddi addımların atılacağını da diqqətə çatdırıb.
Təqdimat mərasimində Baş sponsor Azertelecom şirkətinin kommersiya üzrə direktoru Ləman Abbasbəyli çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq Azertelecom şirkətinin gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.
Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların, diplomların və hədiyyələrin təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.
Onlar çıxış edərək Milli Net-in Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Qaliblərə və fərqlənənlərə Lenovo, BestCom və NEURON şirkətlərinin hədiyyələri təqdim olunub. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir. Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi , Yello vəPreMark şirkətləri də dəstək verirlər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının http://www.musicacademy.edu.az adlı saytı ilk dəfə iştirak edərək Birinci yerə qalib gəlib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !